“Yaşıl Bazar”da 8 martda od qiymətinə güllər-

10-03-2021, 00:06           
“Yaşıl Bazar”da 8 martda od qiymətinə güllər-
Paytaxt Bakının ən böyük mərkəzi bazarlarından biri də “Yaşıl Bazar”dır.
Bura əsasən kənd təsərrüfatı məhsullarının ənənəvi satış bazarıdır. Yəni müxtəlif meyvə-tərəvəz növləri, ət və süd məhsulları əsas satılan məhsullardır. Bazarda xeyli sayda ət dükanları da var.
Əlimizdə rəsmi sənəd olmasa da cəmiyyətdə yayılan fikrə görə, “Yaşıl Bazar”ın faktiki sahibi Bakı Şəhər İcra hakimiyyətinin sabiq başçısı Hacıbala Abutalıbovdur. Əlbəttə, bu bizim indiki yazının mövzusu deyil.
Bazarda alkoqollu içkilər də satılırmış
Bazarda olan problemlər, neqativ hallar həmişə cəmiyyətin və medianın diqqət mərkəzində olub. Təsəvvür edirsiniz, bazarda “kustar” üsulla hazırlanmış araq, alkoqollu içki satılır. Və iki nəfər “Yaşıl Bazar”dan aldığı alkoqollu içkidən zəhərlənərək ölüb. Kimlərsə inanmaya bilər. Ancaq bu barədə Baş prokurorluğun rəsmi açıqlaması var.
Onda sual olunur: Bəs nə üçün baş verənlərə görə, bazar rəhbərliyi cinayət məsuliyyətinə cəlb olunmayıb ?
Digər daha vacib məsələ.
Bazarda ilboyu ət və süd məhsulları satılır. Əvvəl bu məsələlərə Kənd Təsərrüfatı nazirliyi yanında Dövlət Baytarlıq Xidməti baxırdı. Və hər bazarda laboratoriya olurdu. Laboratoriyadan keçməyən ət və süd məhsulları satışa çıxa bilməzdi. Buyurun, gedin baxın, “Yaşıl Bazar”da laboratoriya varmı ?
Bəs görəsən, Dövləq Qida Təhlükəsizlik Agentliyi hara baxır ?
Yaxşı, bazarda bu qədər ət dükanları var. Bunlar hara vergi ödəyir ?
Daha bir məsələ. Bazarda yüzlərlə satış yeri var və hər yerə görə, ayda 200-300-1000-2000 manat yer pulu ödənir.Bu pullar hara gedir ?
Kimlərin cibinə gedir ?
Satıcılar üçün elementar şərait yaradılmır. Amma...

Satıcılar niyə evdən yemək gətirə bilməz..?

“Yaşıl bazar”da satıcılara evdən yemək gətirmək qadağan olunub. Niyə ?
Əvvəl bazarda işləyəndə evdən yemək gətirmək olurmuş. İndi isə bazar rəhbərliyi özündən qərar çıxarıb.Deyir ki, yeməyi ancaq bazarın kafesində yeməlisiniz.
Bu bilirsiniz nə deməkdir ? Heç quldar öz qulu ilə belə davranmırdı ee...
Hər dəfə Novruzda bayramqabağı göstərirlər ki, Baş nazirin müavini Əli Əhmədov və Kənd Təsərrüfatı naziri İnam Kərimov “Yaşıl bazar”a başmaq seyrinə çıxıb.
Görəsən, bircə dəfə Əli Əhmədov, ya da İnam Kərimov bazarın sahibinə problemlərlə bağlı sual veribmi ?
Bəs görəsən, bu ölkədə Kənd təsərrüfatı naziri nə üçündür..?
Bəli, “ Yaşıl Bazar” problemlər içərisindədir.
Son günlər gundelik-baku.com-un əməkdaşının bazarda gördükləri isə neqativ hal deyil, cinayət halıdır.
Təsəvvür edirsiniz, pandemiya dövründə bazarda bir nəfər də satıcı maska taxmayıb.
Hətta bazardakı S BUKET gül mağazasının sahibi və oğlu ( adı Ağadır ) da müştərilərə maskasız qulluq edirlər.


Bir məsələni də qeyd edək.
8 mart bayramında satılan güllər od qiymətinədir. Bəs görəsən minlərlə gül buketi satan və heç kimə çek verməyən gül dükanının sahibi vergini necə ödəyir.
Ümumiyyətlə, bazarda 1 ədəd də olsun kassa işləmir.
Bəs, Dövlət Vergi Xidməti hara baxır ?

“Yaşıl Bazar”da baş verənləri Nərimanov RİH görmür ?

Bəs, “Yaşıl Bazar”ın cəmi 5-10 metrliyində yerləşən və neçə ildir görməzdən gələn Nərimanov Rayon İcra hakimiyyəti niyə bu boyda qanunsuzluqlara susur ?
Atalar deyiblər ki, susmaq razılıq əlamətidir. Yəqin ki, Nərimanov RİH ilə “ Yaşıl Bazar” arasında razılaşma var.
Bir sözlə, “Yaşıl bazar” jurnalist yox, əsl istintaq araşdırması mövzusudur.
gundelik baki















Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.