"Yoxsa eyni kənddən olan Gömrük rəhbərliyi bu adla öz "trol" qrupunu yaradır ki,..."

5-06-2021, 16:19           
"Yoxsa eyni kənddən olan Gömrük rəhbərliyi bu adla öz "trol" qrupunu yaradır ki,..."
"Hamı ərzaq qiymətlərinin sürətlə artmasından doğru olaraq şikayətçidir, amma tək ərzağın qiyməti bahalaşmır, avtomobil ehtiyat hissələrinin qiyməti də həftədən-həftəyə kəskin bahalaşır."
Teref.az xəbər verir ki, bunu iqtisadçı ekspert Natiq Cəfərli yazır. daha sonra Natiq Cəfərli yazır:
"Bu gün maşını düzəltdirirdim, 1 ay bundan öncə 15 manat olan bir mal indi 25 manat olub, ehtiyat hissələri satan sahibkardan səbəbini soruşdum, adam az qaldı ağlasın, Gömrük Komitəsini "ən xoş" sözlərlə yada saldı, qiymət artımının, əsasən, onlardan qaynaqlandığını söylədi, yenə rəsmi qaimə qiymətlərini qəbul etmədiklərini, özlərindən yüksək qiymət qoyub hesablama apardıqlarından danışdı.
Dünən Gömrük Komitəsi "gömrük könüllülərinə" sertifikat paylayıb - absurdun dibidir. Gömrük könüllüləri nə deməkdir axı?!
Könüllülər xəstəxanalarda olar, əngəlli insanlara qulluq, qocalara yardım edər. Gömrükdə nə könüllü?!
Yoxsa eyni kənddən olan Gömrük rəhbərliyi bu adla öz "trol" qrupunu yaradır ki, onlar sosial şəbəkələrdə tənqidçilərinin üzərinə gəlsinlər?!"
Teref.az olaraq bütün maraqlı tərəflərin mövqeyini dərc etməyə hazırıq!
Teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.