Azərbaycanlı qardaşların milyardlarına həbs qoyuldu - MƏHKƏMƏ

16-06-2021, 11:56           
Azərbaycanlı qardaşların milyardlarına həbs qoyuldu -
Rusiyanın Sankt-Peterburq şəhərin Tver rayon məhkəməsi azərbaycanlı Müşfiq və Allahverdi Abdullayev qardaşlarının əmlaklarına həbs qoyub.

Lent.az-ın yerli KİV-ə istinadən məlumatına görə, “TD İntertorq” şirkətinin sahibi olan qardaşlar “Sberbank”dan götürdükləri 8 milyardlıq krediti mənimsəməkdə ittiham olunublar. Məhkəmə onların 2 milyard rubl (təxminən 28 milyon dollar) dəyərində olan əmlaklarına həbs qoyub. Həbs qoyulan mülklər arasında Abdullayevlərin ticarət mərkəzləri, şəhərin mərkəzində mənzilləri, ofisləri var.

Rusiya mətbuatı onu da xəbər verir ki, istintaq materiallarında kredit adı ilə dövlət bankları və s. maliyyə müəssisələrindən alınan vəsaitin xaricə çıxarıldığı vurğulanır. Allahverdi Abdullayev qardaşı Müşviq Abdullayevlə birgə, Rusiyanın ikinci böyük şəhəri Sankt-Peterburqda aktiv bizneslə məşğulb olur. Onlara məxsus “İntertorq” holdinqin – “Narodnaya Semya”, “İdeya” və “Spar” adlı 500-dən çox mağazası vardı.

Məlumata görə, 2017-ci ildə onların başçılıq etdiyi etdiyi ticarət şəbəkəsinin dövriyyəsi 1.5 milyard dollara yaxın olub. M.Abdullayev 10 il ərzində sıfırdan qurduğu biznes şəbəkəsinin dövriyyəsini 83 milyard rubla çatdırmışdı. Dövriyyənin həcminə görə, şirkət 2008-ci ildən etibarən ildə 15-25 faiz böyüyüb, ildə 50-70 yeni obyekt açıb. Şirkət özü 2004-cü ildə yaradılıb. Səhmlərinin 99 faizi Monakoda qeydiyyatdan keçmiş və sahibi Müşfiq Əli oğlu Abdullayevə məxsus olan “Socaity Civil Particuler İnter Solutions” adlı şirkətə, 1 faizi isə qardaşı Abdullayev Allahverdi Əli oğluna məxsus idi.

2018-ci ildən başlayaraq Müşfiq Abdullayevin biznesi sürətlə geriləməyə başlayıb, onun şirkətinin təchizatçılar qarşısında borcları şişib. Nəticədə qardaşlar müflis olublar. Bu ilin martında Allahveri Abdullayev həbs ediib. Qardaşı Müşfiq isə axtarışdadır.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.