Səkiləri iaşə obyektləri zəbt edib - Yasamal icra hakimyəti və digər qurumlar hara baxır?

21-06-2021, 09:37           
Səkiləri iaşə obyektləri zəbt edib -
Səkilərin zəbt olunması nə dərəcədə doğrudur? Yasamal icra hakimyəti və digər qurumlar hara baxır ?
Zahid Xəlilov 43 ünvanında yaşayış binasının qarşısından kecmək olmur. Kimlərsə buranı Çinlə səf salıb. Orada yaşayan insanların hüquqlarını pozurlar və sakinlər sərbəst hərəkət etməkdə çətinlik çəkir.
Teref.az xəbər verir ki, bu şikayəti sosial şəbəkələrdə "MİKRO Xəbərlər" səhifəsi yayıb. Daha sonra şikayətdə deyilir:
Nəyə görə aidiyyatı qurumlar bu problemə biganə yanaşır ? Nəzərə almaq lazımdır ki oradan yaşlılar, hamilə xanımlar, əlil kalyaskalı, yoxsul bəlkədə qarnı ac insan keçir. Üfunət iyi verən Çin istehsalı olan Suşilərin qoxusunu nəfəsimizə çəkib və ya burnumuzu tutaraq kecməliyik.
Hər birimizin ana-bacısi ordan keçir, mentalitet deyilən bir şey var. Yollar maşınlar ücün, səkilər İnsanlar ücün nəzərdə tutulub bu cür özbaşınalıq yol verilməzdir.
Ən azı o binada yaşayan insanları da düşünmək lazımdir, səs- küy üfunət iyi evlərə dolur. Açıq havada oturmaq ücün Parklar müxtəlif yerlər nəzərə tutulub, insanlar ücün pyiada kecidləri yox!
Teref.az olaraq aidiyyatlı qurumların mövqeyini dərc etməyə hazırıq!
Teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.