"Aznar"- da sular durulmur - Nəriman Qarayev mətbuata müraciət etdi.. İDDİA

24-06-2021, 07:34           
"Aznar"- da sular durulmur - Nəriman  Qarayev mətbuata müraciət etdi.. İDDİA
Teref.az-ın poçtuna daxil olmuş şikayət məktubunun nöqtə və vergülünə toxunmadan təqdim edirik:
Dəyərli KİV nümayəndələri, nəzərinizə çatdırmaq istəyirəm ki, rusiyalı iş adamı Fərhad Əhmədova və onun şirkətlərinə məxsus İsmayıllı və Göyçay rayonları ərazisindəki malikanələrdə işləyib haqqını ala bilməyən işçilərlə bağlı xəbərlər yayımlamışdınız. Baş vermiş ədalətsizlik haqqında xəbərin yayımlanmasından sonra işçilərə olan borcların bir qismi yarım-yapalaq ödənsə belə borcun böyük qismi hələ də ödənməmiş olaraq qalır. Fərhad Əhmədov cəbhəsində müsbətə doğru dəyişikliklər gözlədiyimiz halda Fərhad Əhmədovun rəsmi nümayəndələri Bəylər Abbasov, Nail Şahverdiyev və Asif İsmayılov zərərçəkənlərin, yəni borclu olduqları işçilərin vəziyyətindən sui-istifadə edərək, əvvəlcədən standard formada hazırlanmış mətnlərdə yalnız statistik məlumat yerlərini boş qoymaqla qəbzlər hazırlamış və kortəbii şəkildə, yarım-yamalaq ödəniş etdikləri şəxslərə həmin o boş yerlərə statistik məlumatları öz xətləri ilə yazdıraraq imzalatdırmışlar. Ayrıca, əldə etmiş olduğumuz dəqiq məlumata görə yuxarıda adları keçən Fərhad Əhmədovun nümayəndələri borclarını ödəyərkən saxtakarlıq edərək borclu olmadıqları şəxslərə də ödənişlər ediblər. Bu bir daha onu göstərir ki, Fərhad Əhmədovun nümayəndələri yuxarıda qeyd olunan davranışları ya bilərəkdən məkrli planları üçün edirlər ya da öz obyektlərində işləmiş, material təmin etmiş, logistika ilə məşğul olmuş və s. xidmətlər göstərmiş insanlar haqqında olan məlumatları məhv etmişlər. Nə qədər də məlumat məhv etsələr, Fərhad Əhmədovun Rusiyadan dəvət eymiş olduğu rəsmi audit-yoxlamanın rəyi və görülmüş işlərlə qalıq məbləğləri təsdiq edən sənədlər biz zərərçəkənlərdə, o cümlədən məndə mövcuddur.
Fərhad Əhmədovun yuxarıda adları qeyd olunmuş nümayəndələri bu davranışları ilə aşağıda qeyd olunan yanlışlıqlara, qanunsuzluqlara yol verərək məkrli planlarını həyata keçirməyə niyyətlənmişlər:
1. İmzalanmış qəbzlərdə qeyd olunan Kənd MMC-yə məxsus obyektdə hansı podrat işlərindən söhbət getdiyi qeyd olunmamaqla yanaşı podrat işləri deyərkən nəyi ehtiva etdikləri də qeyd olunmayıb.
2. İmzalanmış qəbzlərdə açıq şəkildə qeyd olunmamış podrat işləri ilə əlaqədar sifarişçi- Kənd MMC ilə icraçı- işi yerinə yetirmiş şəxslər arasında podrat müqaviləsi imzalanıb, yoxsa qeyri qanuni şəkildə işçi işlədilib?
3. İş görülən yer Fərhad Əhmədova və ona məxsus şirkətlərə aid olduğu, iş gördürənin isə Fərhad Əhmədov və onun şirkətləri olduğu halda imzalanmış qəbzlərdə qeyd olunduğu kimi Nəriman Qarayev işçilərə necə pul ödəyə və yaxud ödəməyə bilər? Nə iş görülən obyekt Nəriman Qarayevindir, nə də iş gördürən Nəriman Qarayevdir, və belə olan halda Kənd MMC Nəriman Qarayevin əvəzindən necə pul ödəyə bilər? Kənd MMC-nin Nəriman Qarayevin əvəzindən pul ödəməsinin məqsədi nədir?
4. Necə olur ki, 3 il ərzində qəbzlərdə imzaları olan şəxslər Fərhad Əhmədova və ona məxsus şirkətlərə müraciət edərək pul tələb edir və bu 3 il ərzində 1 dəfə də olsun Nəriman Qarayevdən pul tələb olunmur? Əgər o işçiləri Nəriman Qarayev işlətmişdisə pul tələbi Fərhad Əhmədovdan yox Nəriman Qarayevdən olmalı idi. Üstəlik necə olur ki, 3 il ərzində Fərhad Əhmədovdan ödənilməmiş zəhmət haqqı yazılı şəkildə müraciətlərlə tələb olunarkən bir dəfə də olsun gedin pulunuzu Nəriman Qarayevdən tələb edin cavabı verilməyib?
5. Necə olur ki, qeyd olunan qəbzlərin imzalandığı tarixdən bir ay öncə İsmayıllı rayon Kürdmaşı kənd icra nümayəndəliyində və DİN-nin İsmayıllı rayon Polis İdarəsində zərərçəkənlər öz xətləri ilə şəxsən şahidlər qarşısında Fərhad Əhmədovdan işlədikləri haqları izahatları ilə tələb etdikləri halda necə oldu ki, birdən birə pul ödəməyən Nəriman Qarayev oldu?
6. Fərhad Əhmədova məxsus Aznar QSC-nin KİV-nin nümayəndələrinə (oxu.az, dia.az və unikal.org) 19 mart 2021-ci il tarixli məktubunda qeyd edir ki, “şikayətçilərin Aznar QSC və Fərhad Əhmədovla müqavilə münasibətləri olmadığına görə iddiaları əsassızdır”. İddia əsassızdırsa niyə qəbzlərdə qeyd olunan pulları Aznar QSC-nin törəmə şirkəti olan Kənd MMC ödəyir? Hansı müqaviləyə, hansı siyahıya, hansı məntiqə, hansı əsasa görə ödənişlər həyata keçirilir? Axı vurğulanan məktubda Aznar QSC qeyd edir ki, “Aznar QSC ilə podrat münasibətdə olmuş şəxslərlə müqavilə münasibətlərində olmuşlar”, belə olan halda Aznar QSC-ni, Fərhad Əhmədovu və ya onun nümayəndələrini nə məcbur edirdi ki, yuxarıda qeyd olunan obyektlərdə işləmiş işçilərin qalıq borclarının bir qismini “başqasının əvəzindən” ödəməyə başladı?
7. Lap fərz edək ki, Nəriman Qarayev gətirib o adamları Fərhad Əhmədovun obyektlərində işlədib. Fərhad Əhmədov, sən Nəriman Qarayevə pulunu tam ödədin ki, Nəriman Qarayev də işçilərə zəhmət haqqı vermədi?
8. Qeyd olunan qəbzlərdə kifayət qədər qaranlıq məqamlar və qanundan kənar hallar mövcuddur. Bu barədə mütəxəssislərlə məsləhətləşmədən sonra rəsmi qurumlara rəsmi müraciətlər də olunacaq.
Dəyərli KİV nümayəndələri, bir daha diqqətinizə çatdırmaq istəyirəm ki, rusiyalı iş adamı, milyarder, Aznar QSC-nin sahibi Fərhad Əhmədova məxsus Göyçay və İsmayıllı rayonlarındakı obyektlərində 2017-ci ilin noyabr ayından 2019-cu ilin aprel ayına kimi işləmiş şəxslərin pullarının bir qismi hələ də ödənməmiş olaraq qalır. Ödənən qisim isə yenə də qeyd edirəm heç bir məntiqə əsaslanmadan hansısa məkrli planların həyata keçirilməsi üçün saxta və həqiqətə uyğun olmayan sənədlər əsasında ödənir.
Hörmətlə, Fərhad Əhmədovun obyektlərində müəllif nəzarəti qismində fəaliyyət göstərib xidmət haqqını ala bilməyən Nəriman Rəşid oğlu Qarayev.
24 iyun 2021-ci il
Əlaqə telefonu: +994 50 367 60 17
Müraciətə əlavə olunur:
1. Aznar QSC-nin oxu.az, dia.az və unikal.org mətbu orqanlarına ünvanladığı 19 mart 2021-ci il tarixli məktubu.
2. Aznar QSC-nin törəmə şirkəti Kənd MMC-nin ödəniş edərək imzalatdırdığı qəbz və xəzinə məxaric orderlərindən biri (bütün orderlər şəxsi məlumatlar xaric eyni mətnlərlə hazırlanıb).
3. Fərhad Əhmədovun Rusiya Federasiyasından dəvət etdiyi audit yoxlama şirkətinin rəyi, 400 səhifəlik yoxlama sənədlərinin titul vərəqləri və Fərhad Əhmədovun qanuni təmsilçisi Nail Şahverdiyevin təklifi.
4. İsmayıllı rayonu Kürdmaşı kənd icra nümayəndəliyində kənd sakinləri olan işçilərin yazmış olduqları ərizələr.
Teref.az olaraq adlarışəkilən şəxs və qurumların mövqeyini dərc etməyə hazırıq!
Teref.az


























Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.