Şeyxin qardaşı oğlunun biznesindən danışdı: “Tutaq ki, milyardı var, kimə nə dəxli?!” - VİDEO

27-06-2021, 13:06           
Şeyxin qardaşı oğlunun biznesindən danışdı:
Bloger Mehman Hüseynov Milli Məclisin deputatı Cavanşir Paşazadə və onun oğlu Şahin Paşazadəyə məxsus olduğu iddia edilən biznes obyektləri barədə şəxsi "YouTube" kanalında video paylaşıb.

Teref.az xəbər verir ki, video sosial şəbəkələrdə müzakirə mövzusuna çevrilib.

Deputat Cavanşir Paşazadə pravda.az-ın mövzu ilə bağlı sualına qısa cavab verib:

“Oğlum Şahinin 45 yaşı var, özü bilər nə işlə məşğuldur. Tutaq ki, milyardı var, kimə nə dəxli?! Bu sualı mənim cavablandırmağım doğru olmaz".

Qeyd edək ki, adıçəkilən millət vəkili Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadənin qardaşıdır.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru