Quba İcra hakimiyyətində polis rəisini niyə gözardı edr - İDDİA\FOTO

29-06-2021, 17:13           
Quba İcra hakimiyyətində polis rəisini niyə gözardı edr - İDDİAFOTO
Teref.az xəbər verir ki, müstəqil araşdırmaçı jurnalist Cəmil Məmmədli Qubada baş verən bəzi hadisələri qələmə alaraq yazır:
Deməli ayın 26-sı Ziyəddin Əliyev özü xaricdə olacaq deyə, Silahlı qüvvələr gününü ayın 22-də keçirib, çəkilişləri də saxlamışdı ki, həmin gün paylaşsınlar, bu heç...
Ayın 26-sı Nizami Parkında keçirilən tədbirdə isə, tədbiri icra başçısının birinci müavini, hazırda faktiki olaraq icra başçısının səlahiyyətlərini həyata keçirən Tariyel İbrahimov keçirib.
Burda da digər müavin Səidə Abasovanın ona babat bir fənd gəldiyini deyirlər
Beləki, qazi və şəhid ailələrinə medalların təqdimatında, vəzifəli şəxslər tərəfindən hər ailəyə bir nəfərin verməsi planlaşdırılarkən, Səidə Abasova qəsdən polis rəisi Mehman Əliyevi siyahıda axırıncı adam kimi qeyd edib.
Əvvəl buna məhəl qoymayan polis rəisi, sonradan bunu başa düşüb və təbii ki, inciyib.
İndi o Tariyel üçün hansı ölçüdə, hansı zadı hazırlayıb, bu heç, məni maraqlandıran başqa şeydir.
Niyə bu rayonda polis rəisinə qarşı mütəmadi olaraq belə "podlyankalar" işlənilir?
Niyə fırlanıb, dolanıb elə icra hakimiyyəti orqanları tərəfindən, hər dəfə polis rəisinin ünvanına olmazın məlumatlar dövriyyəyə buraxılır?
Nə sirri-xudadır, onu anlamağa çalışıram.

P. S. Fotoda Qubanın icra başçısının səlahiyyətlərini icra edən Tariyel İbrahimovdur.
Vallah, billah adamdır və hazırda iş başındadır.
Teref.az olaraq maraqlı tərəflərin mövqeyini dərc etməyə hazırıq!
Teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.