Yeraltı dünyanın kralı, Bakı Metropoliteninin rəisi Zaur Hüseynov və ailəsinin milyonluq avtomobil KOLLEKSİYASI - FOTOLAR

30-06-2021, 20:21           
Yeraltı dünyanın kralı, Bakı Metropoliteninin rəisi Zaur Hüseynov və ailəsinin milyonluq avtomobil KOLLEKSİYASI - FOTOLAR
Bakı metropoliteni açıqlama yayıb ki, qurum 2020-ci ili 83,543 milyon manat ziyanla başa vurub.

KONKRET.az xəbər verir ki, blogger Mehman Hüseynov öz Facebook səhifəsində metronun ziyanla işləməsini rəis Zaur Hüseynov, onun həyat yoldaşı və oğlu Həbib Hüseynovun ümumi dəyəri 1 milyondan çox olan dəbdəbəli maşınlar sürməsi ilə əlaqələndirib. Mehman Hüseynovun iddiasına görə, Zaur Hüseynova məxsus olan və dəyəri 255.000 manatla ölçülən (90-ZZ-090) “Range Rover Velar Byron Blue”, həyat yoldaşına məxsus olan və dəyəri 300.000 AZN-lə ölçülən (90-LL-090) “Porsche Cayenne Turbo S” və oğlu Həbib Hüseynova məxsus (90-HH-090) Mersedes “G63AMG” markalı maşınlar sərvətin yalnız bir hissəsidir.

Mehman Hüseynov bildirib ki, 2014 cü ildə Bakı metropoliteninin rəisi vəzifəsinə gətirilən Zaur Hüseynov 1 il sonra, yəni 2015-ci ildə, həyat yoldaşına qiyməti 150.000 AZN olan “Porsche Cayenne” (90-LL-090) avtomobili alıb. Oğlu Həbib Hüseynov isə həmin vaxtlar “Chevrolet Camaro” markalı maşını (90-HH-090) idarə edib. 2018-ci ildə isə metronun gediş haqqı qaldırılıb və o zaman Zaur Hüseynovun oğlu Həbib Hüseynov artıq yeni “Mercedes Benz G63 AMG” avtomobilini alıb.

“2020-ci ildə biz Metropolitenin rəisi Zaur Hüseynovun öz şəxsi maşınını tapmışıq. Bu, qiyməti 255.000 AZN olan “Range Rover Velar Byron” markalı 90-ZZ-090 dövlət nömrə nişanlı avtomobildir. Həyat yoldaşı isə 2020-ci ildə qiyməti 240.000 AZN olan “Range Rover” avtomobilini idarə edib. Hazırda isə Zaur Hüseynovun xanımı özünə 300.000 AZN-lik “Porsche Cayene turbo S” avtomobilini alıb” – deyə Mehman Hüseynov vurğulayıb.

Sonda blogger yazıb: “Sual yaranır, 1300 manat rəsmi maaş alan Metropoliten rəisi Zaur Hüseynov 1 milyonluq maşın kolleksiyasına necə sahib olub? Cavabı çox sadədir, xalqın cibinə girib, dövlət büdcəsini talayıb. İndi başa düşdünüz metro niyə ziyanla işləyir?



P.S Yazılan iddialarla bağlı adıçəkilən şəxslərin və Bakı metropoliteni QSC-nin mövqeyini dərc etməyə hazırıq!












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.