Qubada yenə rəzalət - Kənddə sahibkar üçün 2 -ci artezian vuruldu...

1-07-2021, 00:02           
Qubada yenə rəzalət  -
Prezidentin ötən ay verdiyi sərəncamla Quba rayonunda yenidən subaratizan quyularının vurulması nəzərdə tutulmuşdu. Sərəncamda da göstərilir ki, rayon ərazisində əhalinin suya olan ehtiyacının ödənilməsi üçün subartezian quyusu vurulsun. Quba da isə bu sərəncamı başqa cür redaktə ediblər.
Quba rayonunda İcra hakimiyyəti və Quba Suvarma sistemləri idarəsi ilə birgə Quba rayonu Vəl-vələ kəndi ərazisində sahibkarlara satırlar.
Araşdırma zamanı məlum olub ki ötən ay əhali üçün vurulması nəzərdə tutulsa da yenə də bir sahibkara satıblar. Qubanın Vəlvələ kəndində "İKAR " adlı bir MMC-nin rəhbərinə qurban ediblər.
Prezidentin subaratizan quyuları üçün verdiyi sərəncamları Qubada şəxsi mənafelərinə göre ləğv edirlər. Sərəncamda da göstərilir ki hər bir subaratizan quyusunun vurulmasına dövlət büdcəsindən 70 min manat vəsait ayrılıb.
Onu da qeyd edək ki artıq bu sahibkar üçün ikinci subaratizan quyusu vurulur.
Halbuki hər iki subartezian quyusunun vurulması kənd ərazisində əhalinin istifadəsi üçün nəzərdə tutulmuşdu.
Subaratizan quyusunun kənd əhalisi üçün deyil sahibkarların şəxsi torpaqlarına vurulması əhali arasında bir mənalı qarşılanmır.
Qubada bu cür özbaşnalıq, əhalini heçə sayılması, insanları susuz qoymaları yerli sakinləri hiddətləndirib.
Onu da deyək ki, bu şirkət kənd ərazisində kəndlilərə məxsus torpaqları ucuz qiymətə alaraq xüsusi zolaqlara salıblar. Hazırda bu şirkətin torpaqların alınmasında qanunsuzluqlar olduğundan bu iş məhkəmə müstəvisinə çıxarılıb.
Nə ise indi Qubadakı məmurlar yenə prezidentin növbəti sərəncamını gözləyir ki yenə subaratizan quyusunun vurulmasına pul ayrılsın onlarda təyinatı üzrə deyil sahibkarların istəyinə uyğun vurulur . Ad kəndlinin dad sahibkarlarla məmurların.
Dəyanət Azərsoy
Teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.