Bakıda ekoloji terror: ETSN - nin 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin görüb göz yumduğu qanunsuzluqlar VİDEO

1-07-2021, 16:16           
Bakıda ekoloji terror:
Bakıda ekoloji terror: ETSN - nin 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin görüb göz yumduğu qanunsuzluqlar
İki ay, bəlkədə biz az artıq olar ki, bu ərazidə qazıntı işləri davamlı olaraq aparılır. Ətrafdakı insanların məlumatına görə həmin ərazidə hündür mərtəbəli bina tikiləcək. Görülən işlərdən də açıq aydın görünür ki, torpaq bir yerdən qazılaraq kamaza yüklənərək başqa bir əraziyə daşınır. Bu da o deməkdir ki, torpaq qanunvericiliyinin tələbləri kobud şəkildə pozulur. Ərazi bir qurup işbaz şəbəkə tərəfindən ekoloji terrora məruz qalıb.
Bu xüsusda apardığımız kiçik bir araşdırma zamanı öyrəndik ki, ərazidə iş görən şirkət qazıntı işlərinin aparılması ilə bağlı ETSN -dən müvafiq rəy - lisenziya(icazə) almayıb.
Hələ o vaxtı (iki ay əvvəl) əməkdaşlarımız qeyd olunan ərazidə olmuş, aparılan qanunsuz qazıntı işləri ilə bağlı vedeo çəkilişlər aparmış, bu haqda ETSN - nin mətbuat xidməti İradə İbrahimovayla əlaqə saxlayaraq məlumatlandırılmışdır.
Bundan sonra ETSN - nin 4 saylı ETSİ -si tərəfindən ərazidə aparılan işlərlə bağlı araşdırmalar aparılmış, (bunu 4 saylı ETSİ - nin Elnur adlı əməkdaşıda təsdiq edir) araşdırmalar zamanı məlum olmuşdur ki, ərazidə qazıntı işlərinin aparılması və torpağın daşınması ilə bağlı ETSN - nin lisenziyası yoxdur. Və 4 saylı ETSİ - nin mûfəttişləri tərəfindən cərimə protokolu yazılaraq, zəruri sənədlərin toplanması üçün məcburi göstəriş verilmişdir.
Lakin iş görən şirkət məcburi göstərişin tələblərinə əməl etməyərək, ikinci dəfə də qanunvericiliyin tələblərini pozaraq müvafiq rəyi -lisenziyanı almamış, qanunsuz qazıntı işlərini davam etdirir.
Ancaq bu dəfə 4 saylı ETSİ -si də iş gòrən şirkət barəsində (məcburi göstərişin tələblərinə əməl etmədiyinə görə) gòrməli olduğu əlavə tədbirləri görməyib.
Məhəmmədoglu Ramin
Teref.az

















Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.