İcra başçısı baxça müdiri ilə ərzaq maxinasiyası edir?

13-07-2021, 07:22           
İcra başçısı baxça müdiri ilə ərzaq maxinasiyası edir?
Bərdə rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayevlə 10 saylı bağçanın müdiri Leyla Məmmədova rayonda bağçalara ayrılan ərzaqları satdırırlar.

Teref.az xəbər verir ki, bu barədə Bərdədən verilən məlumatda iddia edilir.

Məlumata görə Bərdədə Vidadi İsayevin “kadrı” kimi tanınan Leyla Məmmədova bir müddətdir ki, rayonda fəaliyyət göstərən bağçaları kurasiya edir. Onu bu vəzifəyə Vidadi İsayev təyin edib.

Qeyd edilir ki, son il yarımda pandemiya ilə əlaqədar tədris müəssisələri və bağçalar aktiv faəliyyət göstərməsələr də, burada böyük miqdarda vəsaitlər silinib.

İddia edilir ki, Leyla Məmmədova bağçalarla yanaşı, eyni zamanda rayonda məktəb direktorlarının təyin edilmələrində də rol oynayır.

Digər iddiaya görə isə Leyla Məmmədovanın yaxın zamanlarda rayonda yüksək vəzifəyə təyin ediləcəyi deyilir./gundelik-baku.com
Teref.az olaraq maraqlı tərəflərin mövqeyini dərc etməyə hazırıq!
Teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.