Xaləddin İsgəndərov kimlərə nə qədər “paket verir“?
4-05-2015, 14:46
İcra başçısı vətəndaşdan haqq alan dəstəsi ilə təcili toplantı keçirib
Binəqədi icra başçısı Xaləddin İsgəndərov müavinlərinə və şöbə müdirlərinə “paket” sistemi tətbiq edib.
Bu barədə məlumat verən etibarlı mənbə bildirir ki, siyahıdakı şəxslərə rayondakı heç bir maliyyə məsələsinə qarışmamaq haqqından göstəriş verilib.
Bildirək ki, bir neçə gün öncə Binəqədi rayonu ərazisində icra başçısı Xaləddin İsgənədrovun ev tikintisi ilə məşğul olan dəstəsi barədə AzFakt.com məlumat vermişdi.Həmin məlumatda qeyd etmişdik ki, Orxan, Nicat, Fuad, Ramin, Arif adlı şəxslər rayon ərazisində tikinti aparan vətəndaşlara icra başçısı Xaləddin İsgəndərovun adı ilə haqqı qoyurlar. Alınan pullar isə icra başçısına çatdırılır və Xaləddin İsgəndərov ayda adı çəkilən şəxslərin hər birinə 5 min manat "əmək" haqqı verir.
Vətəndaşdan qeyri qanuni haqq yığan dəstəyə isə icra başçısının ailə sürücüsünün oğlu Orxannın rəhbərlik etdiyini qeyd etmişdik. AzFakt.com-a icra hakimiyyətindəki etibarlı mənbədən daxil olan məlumata görə dərc etdiyimiz məlumatdan sonra Xaləddin İsgəndərov “haqq yığan” dəstəsini icra hakimiyyətinə çağırtdıraraq onlarla təcili şəkildə görüş keçirdib.Həmin görüşdə icra başçısı dəstəni elədiklərinin mətbuata sızmasına görə möhkəmcə danladığını və bundan sonra gördükləri işləri sakitcə həyata keçirtmələrini tapşırıb. Mənbəmizin iddiasına görə Xaləddin İsgəndərov onlara açıq bildirirb ki, “haqq yığan dəstənin ifşa olunması ona problem yaradıb artıq yuxarı dairələr məsəni araşdırmaq qərarına gəliblər”. Başçı dəstəyə göstəriş verib ki, bir müddət gözə görünməyin və səs küy salmayın.Görünür Xaləddin İsgəndərov rayon ərazisində ona hər ay 500-600 min manat hesab verən “sevimli” dəstəsindən vaz keçmək niyyətində deyil.
Ancaq son zamanlar Binəqədinin İcra başçısı Xaləddin İsgəndərov haqqında ilginc məlumatlar və ağır ittihamlar mətbuatda yer almaqda davam etməsinə baxmayaraq nə icra başçısı nədə Binəqədi rayon İcra Hakimiyyəti bu ittihamlara susqunluqla cavab verməklə əslində yayılan məlumatları dolayısı ilə təsdiqləmiş olurlar. Qeyd edək ki, bir müddət əvvəl Xaləddin İsgəndərovun Yasamaldakı villasında çalışan qulluqçulara hər ay 12 min manat maaş verdiyini oxuculara xəbər vermişdik. Demək olar ki, icra başçısı bu ittihamı tamamilə susqunluqla qarşıladı.
AzFakt.com-a Binəqədi icra hakimiyyətində “paket” sistemi ilə bağlı isə ilginc informasiya daxil olub. Belə ki, icra hakimiyyətindəki etibarlı mənbədən AzFakt.com-a Xaləddin İsgəndərov tərəfindən məsul vəzifə sahiblərinə nə qədər aylıq "paket" verilməsi ilə bağlı sensasion məlumat daxil olub. Həmin məlumata əsasən, Xaləddin İsgəndərov müavinlərinə, şöbə müdirlərinə heç bir maliyyə işinə qarışmamaq şərtiilə, aylıq “paket” verir. Həmin siyahıya görə 1-ci müavin İlqar Süleymanova 15 min azn, müavin Aygün Əliyeva 12 min azn, müavin Vüsal İsmayılov 10 min azn məbləğində aylıq "paket" alırlar.
Bundan başqa şöbə müdirlərinə verilən “paketlər” 3-5 min azn arasında dəyişdiyi iddia olunur. Bundan başqa siyahıda icra hakimiyyətin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Nuridə Allahyarovanın da adını olduğu qeyd olunur. Xanım şöbə müdirinə ayda 5 min manat verildiyi bildirilir.
Adları çəkilən hər mbir şəxsin fikirlərini yayınlamağa hazırıq.