Deputatdan Müşfiq Ələsgərliyə ağır ittiham: - “Bu yaramaz 100 dollara vəsiqə satır”

19-07-2021, 17:29           
Deputatdan Müşfiq Ələsgərliyə ağır ittiham: -
Bir neçə gündür jurnalistlər üçün inşa edilmiş 3-cü binadan mənzillərin paylanılması ilə bağlı fərqli fikirlər gündəmə gəlib. JAMAZ.İNFO xəbər verir ki, deputat Etibar Əliyev həmin mənzillərin Şəhid və Qazi ailələrinə verilməsini təklif edib.

Lakin bir çoxları ənənəvi olaraq, həmin mənzillərin jurnalistlərə verilməsini vacib hesab edirlər. Bu əsnada, Etibar Əliyevlə Mətbuat Şurası arasında da maraqlı toqquşma yaşanıb. Belə ki, deputat şuranın üzvü Müşfiq Ələsgərlini sərt şəkildə tənqid edib.

O sosial şəbəkələrdəki hesabında yazıb ki, Mətbuat Şurasının fırıldağının üstü açılır. “Fırıldaqların üstü açılır. Haqqımda yaramaz ifadələr işlədən Juranalist Həmkarlar ittifaqının sədri Mediada böyük korrupsiya və maxinasiyaların müəllifi Əli Həsənovun ad çıxarmış trolu Müşfiq Ələsgərliyə də sən demə Juranaistər binasından 3 otaqlı ev verilib. Hövsan qəsəbəsində böyük villa sahibi olan bu adam binadakı evin qapısını bağlı saxlayıb. Bu evi onun əlindən alıb mənzil şəraiti yaxşı olmayan jurnalistin birinə vermək lazımdır. Bu adamın kimsə bircə yazısına rast gəlibmi? Bu yaramaz “beynəlxalq jurnalist “vəsiqəsi paylayır. Üzüvülük haqqı 100 dollardır. Məlumatlar gəlməkdə davam edir. İzləyin. Davamı olacaq…”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.