Ağabəy Əsgərovun bacısı oğlu jurnalistlərin evində 2 otaqlı mənzili necə alıb? - FOTO

20-07-2021, 07:07           
Ağabəy Əsgərovun  bacısı oğlu jurnalistlərin evində 2 otaqlı mənzili necə alıb? - FOTO
Teref.az yazır ki, Azsiyasət.com saytının baş redaktoru Seymur Feyruzov sosila şəbəkədə Azərbaycan Nəşriyyatının direktoru Ağabəy Əsgərovun bacısı oğlu Murad Aydın oğlu Məmmədovun jurnalistlərin evindən 2 otaqlı ev alması barədə yazı paylaşıb. Seymur Feyruzovun yazısını təqdim edirik:
Gündəmə uyğun olaraq...
Fotodakı bu şəxs 29.07.1975-ci təvəllüdlü Murad Aydın oğlu Məmmədovdur. O, Azərbaycan Nəşriyyatının direktoru Ağabəy Əsgərovun bacısı Pəri xanımın oğludur.

Murad jurnalistlər üçün tikilmiş 2-ci binadan 2017-ci ildə iki otaqlı mənzil alıb. Onun jurnalistlər binasısından ev almasının maraqlı tarixçəsi var. Dayısı A.Əsgərov Murada deyib ki, artıq 42 yaşın var, evlən. Muradı birtəhər razılaşdırıblar və ona iki otaqlı mənzil hədiyyə olunub. Amma Murad hələ də evlənməyib.

Peşəkar, ailəli jurnalistlər kirayələrdə qalmağa məhkum edildi. Amma bu oğlana mənzil verdilər.
Murad mənzili "Bakinskiy raboçi" qəzetinin işçisi kimi aldı. Əvvəllər heç bir yerdə işləməyib, dayısına görə iqtidaryönlü qəzetlərin redaksiyasını gəzib kef edirdi. Bir müddət "Bakonskiy raboçi" qəzetində idman müxbiri kimi işlədi və ev aldı. Əvvəlki iş yeri kimi əmək kitabçasına saxta məlumatlar yazdırıblar.
Mən Çin dilində necə danışıramsa, Murad da Azərbaycan dilində eyni şəkildə danışır.

Teref.az olaraq maraqlı tərəflərin mövqeyini işıqlandırmağa hazırıq!
Teref.az














Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.