Siyəzəndə analoqu olmayan saxtakarlıqlar... - Prezidentə müraciət olundu

20-07-2021, 19:53           
Siyəzəndə analoqu olmayan saxtakarlıqlar... - Prezidentə müraciət olundu
Siyəzən rayon sakini Ruslan Quliyev rayon təhsil sistemində analoqu olmayan saxtakarlıqlarla bağlı prezident İlham Əliyev cənablarına video müraciət edərək, tədbir görülməsini istəyir.

Möhtərəm prezident!

Siyəzən rayon 6- saylı litseydə hal-hazırda direktor müavini işləyən İsmayıl İsmayılov barəsində dəfələrlə prezident administrasiyasına, hüquq-mühafizə orqanlarına və təhsil nazirliyinə yazılı müraciət etmişəm.2019-cu ildə qeyd edilən litseydə maliyyə yoxlaması aparılarkən, kifayət qədər mənimsəmələr ortalığa çıxmışdır.
İsmayıl İsmayılov bu mənimsəmə əməlliyyatlarını direktor Yeganə adlı xanımla birgə həyata keçirmişdir.Hazırda Bakı ağır cinayətlər üzrə istintaq idarəsində qeyd olunan xanım barəsində cinayət işi başlanıb.Yeganə xanım dərin biliyə malik olan şəxs deyil.Ancaq kimlərinsə sifarişi əsasında litseyə direktor təyin olunmuş, lakin işlər İsmayıl İsmayılov tərəfindən idarə olunur.Çox təəssüf ki,İsmayıl İsmayılov hələlik istintaqdan yayınaraq kənarda qala bilir.Bu istiqamətdə bütün şikayətlər rayon təhsil və regional təhsil idarəsi tərəfindən ört-basdır edilir.Qeyd etdiyimiz müəssisədə təhsili övladlarımıza təhsil vermeye yetməyəcək xeyli sayda müəllimlər var.Müəssisə qeyri-ixtisaslı kadrlarla doludur.Bu şəxslər rayon icra hakimiyyəti başçısının və sairlərin sifarişi əsasında litseyə işə götürülmüş işçilərdir.Bunlar uşaqlarımıza necə təhsil verə bilər?Hansı ki, bunların özlərinin təhsilə ehtiyacları var.Necə olur ki,Sabirabad rayonunda ticarət üzrə kurs qurtarmış şəxs bu gün həmin müəssisədə ibtidai siniflərdə informatika dərsi keçir?
Cənab prezident!Sizdən artıq dərəcədə xahiş edirəm ki,bu qanunsuzluqların aradan qaldırılması üçün təhsil nazirinə göstəriş verəsiniz.

Redaksiyadan:Yazıda adları çəkilən şəxslərin də mövqeyini dərc etməyə hazırıq.

Elçin İsmayıllı //azerinfo.az//













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.