Quba rayon icra hakimiyyətinin başçısı Ziyəddin Əliyev təlaşdadır... İDDİA

24-07-2021, 15:42           
Quba rayon icra hakimiyyətinin başçısı Ziyəddin Əliyev təlaşdadır... İDDİA
"Bu gün bir az öncə Quba rayon icra hakimiyyətində iclas olub.
Vaksinasiya prosesində Quba rayonunun sonuncu yerlərdə olduğunu bildirən icra başçısı Ziyəddin Əliyev Prezident Aparatından bu məsələ ilə bağlı güclü təzyiqlərin olduğuna işarə vurub."
Teref.az xəbər verir ki, bunu araşdırmaçı jurnalist Cəmil Məmmədli sosial şəbəkələrdə paylaşdığı statusunda yazıb.
Daha sonra Cəmil Məmmədli yazır ki, "12 nəfər icra nümayəndəsinə, öz ərazilərində vaksinasiya işini "səmərəli" apara bilmədiklərinə görə töhmət verən Ziyəddin müəllim sonradan bütün məsuliyyəti öz müavinlərinə yükləyə bilmək üçün, deyib ki, "bu işləri şəxsən müavinlərimə tapşırıram"
Onun bu sözləri zaldakıların gülüşünə səbəb olub.
Nədənsə həmişə öz natiqliyi ilə heç kəsə danışmağa imkan verməyən icra başçısı bu dəfə danışmağa çətinlik çəkib.
İcra hakimiyyətinin rəhbərliyindəki mənbələrimizin sözlərinə görə, son günlər Ziyəddin Əliyev olduqca əsəbi və gərgin günlər yaşayır. Bunun əslində onun səhhəti ilə bağlı olduğunu iddia edənlər olsa da, məlumatlı şəxslər bildirir ki, əslində səhhəti normaldır.
Sadəcə icrabaşı barədə Korrupsiyaya qarşı mübarizə idarəsində araşdırılan faktlar öz təsdiqini tapdığından, Ziyəddin Əliyev öz başına gələcək müsibətlərə görə əsəbi imiş.
Həmçinin məlumatlı şəxslər onu da iddia edirlər ki, artıq adıçəkilən araşdırmada, 101 bələdiyyə üzvü, 74 icra nümayəndəsi və digər vəzifəli şəxslər, Ziyəddin Əliyevin əleyhinə ifadə verərək, bütün rüşvət və korrupsiya hallarını etiraf ediblər.
Hazırda icra başçısı bu istiqamətdə aparılan araşdırmanı "bağlatdırmaq" üçün variantlar axtarır."
Yazısını Cəmil Məmmədli ritorik sualla bitirir:
"P.S. Bəs vaksin icbari deyildi??? Camaata töhmət niyə verirlər?"
Teref.az olaraq qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq!
Teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.