Prezidentin MN-də yüksək vəzifə verdiyi şəxslə bağlı SENSASİON İDDİA - Hərbi Prokurorluq susur...

2-08-2021, 17:08           
Prezidentin MN-də yüksək vəzifə verdiyi şəxslə bağlı SENSASİON İDDİA -
Xəbər verdiyimiz kimi, ilyulun 23-də Prezident İlham Əliyevin sərəncamı ilə general-mayor Azər Əliyevin Əməliyyat Baş İdarəsinin rəisi təyin olunub.

Azadinfo.az xəbər verir ki, sözügedən təyinat cəmiyyətdə, xüsusilə şəhid ailələri tərəfindən narazılıqla qarşılanıb.

Belə ki, Şəhid mayor Vüsal Vəliyevin qardaşı Elyar İslamoğlu general-mayor Azər Əliyevin Hərbi Prokrorluğun İstintaq idarəsində 342.2 maddəsilə aparılan istintaqda adı keçən cavabdeh şəxslərdən biri olduğunu bildirib:

“Azər Əliyevin vəzifəyə təyin edilməsi Kəlbəcər uğrunda döyüşən həm Xüsusi Təyinatlı Qüvvələrin, həm də Milli Ordunun əsgər və zabit heyətini, o cümlədən də Murovda şəhid olan qəhrəmanların ailələrinə mənəvi zərbə oldu, sarsıtdı. Ordunun türk modelinə keçməsi və yenidən qurulmasına olan inamlar itdi, modern və rüşvətsiz ordu elə xəyal olaraq da qaldı.

General-mayor Azər Əliyev 44 günlük Vətən müharibəsi zamanı Xəqani Cəbrayılovun əvəzinə müvəqqəti 3-cü korpusa təyin edilmişdi. Əsas komando məntəqəsində döyüşü idarə etməliydi. Lakin onun qurduğu uğursuz döyüş planı və verdiyi səhv əmrlərə görə Murovda yüzlərlə şəhid və yaralı oldu.

Ərazinin həddindən çox minalanmasına və həmlə taborlarının çox yorğun olmasına baxmayaraq, Azər Əliyev onları ərazidə də xeyli yorandan sonra istirahətə imkan verməmiş, döyüşə göndərmişdi. Bir neçə gündür ağır şərtlərdə döyüşdükləri üçün yorğun və yuxusuz olduqlarını, istirahətə ehtiyacı olduqlarını deyən və etiraz edən hərbiçiləri isə qorxaqlıqla suçlamışdı. Döyüşə yorğun qatılan xeyli sayda hərbiçi mühasirəyə düşərək şəhid olmuş, onların nəşi aylarla döyüş meydanında qaldı. Yüzlərlə yaralı döyüşçü isə vaxtında təxliyyə edilməmiş, onların bəziləri elə qanitirmədən döyüş meydanındaca şəhidlik zirvəsinə ucalmışdı. Döyüşçülərə təminat və yardım zamanında çatdırılmamış, yaralıların çoxu öz gücünə və kilometrlərlə sürünərək qanı axa-axa döyüş meydanından çıxmışdı.

Murovdakı məsuliyyətsizlik, səriştəsizlik, bacarıqsızlıq, uğursuz döyüş planı xeyli şəhid və yaralı ilə nəticələndiyi üçün cinayət işi açılıb, hazırda da istintaq gedir. ə

Hərbi Prokrorluğun İstintaq idarəsində 342.2 maddəsilə aparılan istintaqda adı keçən cavabdeh şəxslərdən biri də general-mayor Azər Əliyevdir”.

Maraqlıdır, adı cinayət işində keçən, barəsində istintaq aparılan, uğursuz döyüş planına görə cəzalanmalı olan general-mayoru kim himayə edir və ölkə başçısına yanlış təqdimat verir?

E. İslamoğlu bildirib ki, dəfələrlə belə yanlış təqdimatlara görə həm dövlət, həm də xalq zərər görüb:

“Görünür vəzifəli şəxslərə verilən cəzalar kifayət qədər sərt olmayıb.

Yəqin ki, Müdafiə Nazirliyindəki məsul şəxslər ölkə başçısına kimin təqdimatını verəcəklərini əvvəldən biliblər və onun haqqında məlumatlı olublar. O zaman məsuliyyətsizliyə, səriştəsizliyə, bacarıqsızlığa, uğursuz döyüş planına görə yüzlərlə ailəni gözüyaşlı qoyan, yüzlərlə hərbiçini yarımcan edən, hazırda barəsində istintaq aparılan general-mayor Azər Əliyevin təqdimatını ölkə başçısına göndərənlər xalqa da açıqlama verməlidir”.

Məsələ ilə bağlı Azərbaycan Hərbi Prokurorluğunun Mətbuat xidmətinə dəfələrlə müraciət etsək də, cavab ala bilmədik.шаблоны для dle 11.2



Loading...



Loading...





Loading...

Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.