Çoox böyük "dayı"-sı olan məşum "İnfiniti" klubu- Ərəb turistlər, fahişələr, qəlyan... – VİDEO

2-08-2021, 17:11           
Çoox böyük "dayı"-sı olan məşum "İnfiniti" klubu-
Bakıda xüsusi karantin rejimini kobud şəkildə pozan gecə klubları fəaliyyət göstərir.

Azadinfo.az xəbər verir ki, Baku TV əməkdaşları məşhur gecə klublarından biri olan “İnfiniti” klubunda nələrin baş verdiyinin əyani şahidi olublar.

Gecə saat 00:00-dan bir çox obyektlər işlərini dayandırsa da, bu klub sözün əsl mənasında cibə işləyir. Ürəyindən eyş-işrət, qəlyan keçən hər bir kəs məhz bura üz tutur.

Kluba daxil olmaq üçün adambaşına 20 AZN verilməlidir. Nəhayət, “qərib cinlər” diyarına düşürük. Kimi içir, kimi sərxoş halda qəh-qəhə çəkib gülür, kimisi isə ağzından tüstü çıxarır.
Qiymətlər elə də ucuz deyil. Bir qəlyan üçün gərək 60-80 manatından keçəsən. Bu məsələnin başqa bir tərəfi. Keçək tüstülü, yüksək səsli, səhərə qədər yuxularına haram qatıb ərəblərin qarşısında canfəşanlıq edən qadınlara.

Bu xanımları, görəsən, nə vadar edir? Pulmu, yoxsa mənəvi rahatlıq üçün buranı seçiblər? Bax bu, bir az sual doğurur. Cəmisi iki saatlıq, o dəyərli vaxtımızdan bu “cinlər diyarına” ayırıb biz də şənlənmək istədik.

Qaydanı pozub ictimai iaşə obyektlərində qadağan edilən qəlyandan da daddıq. Çəkiliş xatirinə ha… Gecə saat 00:00-ı gözlədik ki, bəlkə, klub bağlana. Yox, nə bağlanmaq? Hələ gecə həyatı onlar üçün bundan sonra başlayır.

Bizim klubu tərk etdiyimiz vaxt gecə saat 01:00-ı göstərirdi. Biz demirik ki, klublar işləməsin. Sadəcə qanun qanundursa, gərək bu “örtülü bazar” məsələsi hər bir ictimai iaşə obyektinin sahibinə şamil olunsun.
шаблоны для dle 11.2



Loading...



Loading...





Loading...

Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.