4 günlük Vətən Müharibəsində əlil olmuş qaziləri işbazlar oyuna çəkir... - Sahil Babayev hara baxır ?

24-08-2021, 15:45           
4 günlük Vətən Müharibəsində əlil olmuş qaziləri işbazlar oyuna çəkir...
Sahil Babayev, 6 dil bilirsən, müharibə veteranları ilə bağlı dünya təcrübəsini öyrən dəə...

Aybəniz Mustafayeva qaziyə 4900 manata 2-ci qrup əlillik düzəldirmiş...

30 ildən artıqdır ki, ölkəmiz müharibə vəziyyətindədir. Bu gün də bu vəziyyət davam edir. Həqiqi hərbi xidmətdə yaralananlarımız, minaya düşənlərimiz, sağlamlığını itirənlərimiz hələ də var.
Məlumdur ki, Birinci Qarabağ Müharibəsində, Aprel döyüşlərində və 44 günlük Vətən Müharibəsində minlərlə şəhidimiz oldu, minlərlə qazilərimiz var.
Müharibədən qayıdan qazilərimizin bir çoxu qanlı döyüşlərdə yaralanıb, qolunu itirən, ayağını itirən, kəllə-beyin travması alan, ruhi xəstəlik tapan xeyli sayda zabit və əsgərlərimiz var.
Bunların bir qismi əlil olduqları üçün əmək qabiliyyətlərini itirblər.
Təsəvvür edirsiniz 44 günlük müharibədən qayıdan əsgər ruhi xəstəlik tapdığı üçün ailəsi onu Ruhi dispanserə yerləşdirmək istəyir, amma bəlli olur ki, dispanserdə boş yer yoxdur. Ancaq dispanserin həyətində gözləyən işbaz-makler əsgərlərin ailəsinə deyir ki, pul versəniz mən xəstəni dispanserdə yerləşdirə bilərəm.
Necə yerləşdirə bilərsən ?
Axı, baş həkim dedi ki, boş yer yoxdur.
Birdə ki, bu əsgər özü və ailəsi üçün vuruşmayıb e, ya da haradasa yaralanmayıb, torpaqlarımız uğrunda vuruşub, bizim hər birimizin şəcərəmiz üçün vuruşub. Bunu qanıb başa düşmək lazımdır.
Sözümüzün canı odur ki, müharibədən qayıdan və sağlamlığı qaydasında olmayan qazilərimiz xeyli problem yaşayır.
Onu da qeyd edək ki, bu problem təzə deyil. Hətta Birinci Qarabağ savaşında həqiqətən döyüşmüş xeyli sayda veteran nəinki əlillik dərəcəsi, heç veteran vəsiqəsi ala bilmir.
44 günlük Vətən Müharibəsindən sonra bu problemlər daha qabarıq forma aldı.
Bəli, dövlətimiz şəhid ailələrinə, qazilərə qayğı göstərir, vəsait ayırır. Ancaq məmur özbaşınalığı, süründürməçilik baş alıb gedir. Bu isə işbazlara əla mühit yaradır.
Artıq idarə qapılarında, icra hakimiyyətlərinin önündə gözləməkdən, Səhiyyə Nazirliyinə, Müdafiə Nazirlıiyinə yazmaqdan bezən müharibə veteranları istər-istəməz bəzi işbazların toruna düşməli olur.
Axı, müharibədən qayıdan və sağlamlığını itirən qazi neçə gün, neçə ay gözləməlidir ki, Allah qoymasa, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi naziri vəzifəsini daşıyan Sahil Babayev qazinin əlillik dərəcəsinin alınmasına icazə verəcək.
Axı, döyüşdən qayıdan, işsiz, xəstə, yardıma ehtiyacı olan veteranı başa düşmək lazımdır.
Bəli, xeyli işbazlar müharibə veteranlarını tora sala bilblər. Hətta bu cinayət əməlləri ilə bağlı hazırda Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində xeyli araşdırma gedir.
Bir daha deyirik ki, bizim işbaza əxlaq dərsi öyrətməyə, veteranı qınamağa haqqımız yoxdur.
Biz veteranı necə qınaya bilərik ?
Gedib vuruşub sağlmalığını itirib və indi haqqını tələb edir.
Biz işbazlara əxlaq dərsi keçə bilmərik. Dünyanın hər yerində belələri var.
Biz YERİNDƏ OLMAYAN SAHİL BABAYEVLƏ mövcud problemi həll etməli, süründürməçiliyə, rüşvətxorluğa son qoymalıyıq.
Veteran Müdafiə Nazirliyinə müraciət edir, deyirlər bizlik deyil, Səhiyyə Nazirliyinə müraciət elə, Səhiyyə Naziliyinə müraciət edir, deyirlər bizlik deyil, Sahil Babayevə müraciət elə..
Bu halda veteran neyləsin ?
Üzümüzü Sahil Babayevə tutub soruşuruq:
Cənab nazir, ingilis, fransız, rus, türk, ispan dillərini bilirsən, dünyanın yarısını gəzmisən. Adam, dünyada bu məsələ ilə bağlı böyük təcrübə var, öyrən dəə...
Prezident sizi o boyda postlara niyə təyin edib ?
Əlillik dərəcəsi vermək nə boyda problemdir ?
Sizlər süründürməçilik yaradırsınız deyə, ortaya işbazlar, cinayətkarlar girir.
Bəli, sizin sayənizdə 44 günlük Vətən Müharibəsində sağlamlığını itirmiş, Salyan rayonu, Sarvan kənd sakini qazi İbişov Aqil İxtiyar oğlunun yaxası qalıb işbazların, cinayətkar ünsürlərin əlində.
Uzun müddət get-gəllərdən yorulmuş, süründürməçilikdən bezmiş qazi keçmiş döyüş yoldaşı Faiqin vasitəçiliyi ilə Bakı sakini Mustafayev Aybəniz Vaqif qızı ilə tanış olub.
Mustafayev Aybəniz qazi Aqil İbişova söz verir ki, onun 2-ci qrup əlillik dərəcəsini həll edəcək. Və qarşılığında qazidən 4900 manat pul alır.
Bəli, veteran Aqil İbişova maddi dəstək üçün YAŞAT fondu 2500 manat vermişdi, sonra qazinin əmək haqqı var idi, bir az da qohum-əqrəbadan alaraq 4900 manatı Aybənizə verib ki, problem həll olunsun.
İndi nə probelm həll olunur, nə də pul geri qayıdır.
Hətta Aybəniz deyib ki, gedin əliniz hara çatır şikayət edin, kimsə mənə toxuna bilməz.
Biz də Gundelik-bakı olaraq üzümüzü tuturuq Baş Prokurora, Daxili İşlər Nazirinə, Korrupsiyaya qarşı Mübarizə İdarəsinə və digər müvafiq dövlət qurumlarına. Ki, bu qanunsuzluqlara, süründürməçiliyə, cinayətlərə son qoyulsun.
Haqqında bəhs etdiyimiz faktla bağlı lazım olan infornasiyanı dövlət qurumlarına təqdim etməyə hazırıq. Təki sizlər hərəkətə keçin.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.