Afətin oğlunun toyuna ən çox pulu bu məşhur YAZDIRIB

8-10-2024, 18:39           
Afətin oğlunun toyuna ən çox pulu bu məşhur YAZDIRIB
Xəbər verdiyimiz kimi, müğənni Afət Fərmanqızı oğluna toy edib.

Toy səhəri "Rəngarəng" verilişinin qonağı olan sənətçi bir çox məqamlara aydınlıq gətirib.

Toyuna gələn şou nümayəndələrinə təşəkkürünü bildirən Afət gəlməyib, pul göndərənlərə isə onların pulu yox, özünü məclisdə görmək istədiyini deyib.

O, aparıcının xoş gününə ən çox kimin pul yazdırması barədə suala ehtiyatla cavab verib. Toyuna gəlməyib, nəmər göndərən keçmiş müğənni, hazırda iş xanımı kimi fəaliyyətinə davam edən Ruhi Əliyevaya efir vasitəsilə təşəkkürünü bildirib.

Aparıcı Zaur Nəbioğlunun onun toya 5 min dollar yazdırdığına işarə verib. Fərmanqızı xoş gününə "5 min" yazdıranların çox olduğunu yazdıraraq, dolayısı yolla sözügedən məşhurun həmin məbləği göndərdiyini etiraf edib.

Aparıcı isə 5 min dolların yalnız bir nəfərin yazdırdığını bildirib.

Qeyd edək ki, müğənninin oğlu Hüseyn Fidan adlı xanımla ailə qurub.

Milli.Az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru