“Bolt” taksi xidməti müştəriləri aldadır - Gediş haqqına 18%-lik əlavə dəyər vergisi tutulur

23-09-2021, 14:03           
“Bolt” taksi xidməti müştəriləri aldadır -
"“Bolt” taksiləri Azərbaycanda uluslararası şirkətin nümayəndəliyi kimi fəaliyyət göstərir. Təsadüfi deyil ki, nağdsız ödəniş qəbzlərində şirkətin ofisinin Estoniyanın Tallinn şəhəri göstərilir. Yanılmırıqsa, “Bolt” nağdsız ödəniş yolu ilə xidmət göstərən ilk və hələ ki, yeganə taksi şirkətidir. Sözügedən taksilərin xidmətindən yararlanmaq üçün daim “online rejim”də olmaqla mobil cihazda qeydiyyatdan keçmək tələb olunur". Bu barədə Teref.az-a göndərilən məlumatda deyilir.

Məlumatda daha sonra bildirilir: "İnsaf adına vurğulayaq ki, sifarişlər anında qeydə alınır və ən çoxu beş dəqiqə müddətində yoladüşmə yerinə konkret adlı, konkret nömrəli sürücü gəlir. Düzdür, bir çox hallarda sürücü ilə telefonla danışmalı, yazışmalı olursan, amma bu “söz-söhbət” ünvanın dəqiqləşməsindən yanadır. Ünvanın “əlverişl” olmadığından sifarişdən imtina halları da olur, belə hallarda anında yeni sifariş etmək olur. Başqa sözlə, “Bolt”un işini bütövlükdə müsbət dəyərləndirmək olar. Hətta operativliyinə görə, elektron sosial xidmətlər və ümumiyyətlə, müraciətlərə baxılması sektorunun “Bolt”dan örnək götürməsi məsləhətdir .

Xidmət qurumunun başlıca qüsuru müştəriləri gediş haqqının ödənilməsində aldatmasında üzə çıxır. İstehlakçı kartından gediş məbləğini ödəyəndə əlavə 18 faiz vergi tutulması ilə üzləşir. Belə çıxır, şirkət xidmət haqqına əlavə dəyər vergisi (ƏDV) hesablayır və zorakı yolla müştərinin bank kartından tutur. Axı, xidmət haqqına ƏDV tətbiq edilməsi ölkə qanunvericiliyində nəzərdə tutulmayıb ! ƏDV xidmət qurumundan , sahibkarlıq obyektindən - subyektindən tutulmalıdır , vətəndaşdan, istehlakçı - müştəridən yox. Paradoksa baxın, iki ilə yaxındır xidmət qurumları nağdsız ödənişlərə görə hesablanan ƏDV -nin 15 faizini istehlakçıya geri qaytarır, “Bolt” isə müştərinin nağdsız ödədiyi məbləğə 18 faiz ƏDV əlavə edir! (?) “Bolt Dəstək Komandası”ndan ƏDV-ni şirkətin yox, bankın tutduğu bildirildi. Maraqlıdır, bank müştərisinin ödəniş kartından online uçaq, dəmiryolu, avtobus bileti alanda, alış-veriş edəndə ƏDV tutmur (tuta da bilməz! ), amma taksidən yararlananda tutur? İstənilən halda bu, istehlakçı hüquqlarının kobud pozuntusudur və bağlantılı qurumlar pozuntuya hüquqi qiymət verilməsini təmin etməyə borcludurlar. İstər bank tutsun, istər “Bolt”, pul ki müştərinin cibindən gedir. Necə deyərlər, mamaça nə qədər olsa da, güc doğana düşür."

İddia olunanlarla bağlı Teref.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.