Sabirabad rayon İşıq İdarəsinin müdiri Səfa Şirinov fermerlərə bəla göndərilib....

27-06-2022, 09:10           
Sabirabad rayon İşıq İdarəsinin müdiri Səfa Şirinov fermerlərə bəla göndərilib....
“Azərişıq” ASC-nin fəaliyyəti narazılıq yaradır.

Qlobal.az xəbər verir ki, “Azərişıq” ASC-nin yarıtmaz fəaliyyətindən daha çox ölkənin aran zonalarında təsərrüfatla məşğul olan fermerlər narazılıq edir.

Narazı olan fermerlərdən biri də tanınmış pambıqçı fermer Əfras Əsgərovdur.

Əfras Əsgərov konkret olaraq “Azərişıq” ASC-nin Sabirabad rayon İşıq İdarəsinin müdiri Səfa Şirinovdan narazılıq edir. Fermer bu barədə sosial şəbəkədə yazır: “Bu il çaylarda suyun çox olmasından sevinirdik ki, pambığımızı rahat suvaracayıq. O da Allah Sabirabada işıq idarəsinə Səfa adlı bir bəla göndərdi ki, sutka ərzində 3-4 dəfə işıqları söndürür. Əməlli-başlı bəlayə düşmüşük”.

Qeyd edək ki, Prezident İlham Əliyev pambıqçılığı aqrar sektorda prioritet sahə elan edib. Prezident çıxışlarında pambıqçılığın inkişafı istiqamətində dövlətin fermerlərə daim dəstək verəcəyini dəfələrlə vurğulayıb.

Qeyd edə ki, aran zonalarında olan digər bölgələrdən də “Azərişıq” ASC-nin elektrik enerjisini tez-tez kəsməyi barədə şikayətlər çoxalmaqdadır.

Qurum məsələyə münasibət bildirməyib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru