İmişlidə şəhid adına məktəbdən biabırçı görüntülər

24-10-2022, 08:14           
İmişlidə şəhid adına məktəbdən biabırçı görüntülər
İmişli rayonunda şəhid Yusif Sadatxanov adına Aranlı kənd 1 saylı tam orta məktəbin binası qəzalı vəziyyətə düşüb.

TEREF.AZ yazır ki, bu barədə ONN media-ya həmin məktəbdə təhsil alan bir qrup şagirdin valideynləri məlumat verib
Burada iki növbə olmaqla 420 şagirdin təhsil aldığını bildirən valideynlər övladlarının qəzalı və baxımsız tədris ocağında təhsil almalarından narahatlıqlarını ifadə ediblər: “Övladlarımız qəzalı vəziyyətdə olan bu məktəb binasında təhsil alır. Məktəb binasının tavanı uçuq-sökük olduğundan yağış və qar suları birbaşa sinif otaqlarına dolur. Bu da şagirdlərin təhsil almasına, onların dərsə davamiyyətinə mane olur”.

Valideynlər buna görə də aidiyyəti qurumlardan məktəb binasının təmir olunmasını və ya yeni binanın tikilməsini xahiş edib.

Məsələ ilə bağlı təhsil müəssisəsindən “Report”un yerli bürosuna bildirilib ki, hazırda məktəbin yeni binasının tikintisi məsələsi 2022-2023-cü illər fəaliyyət planına salınıb. Qeyd olunub ki, gələn il şəhid Yusif Sadatxanov adına Aranlı kənd 1 saylı tam orta məktəb üçün yeni bina inşa ediləcək












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru