Naxçıvanda "Azərbaycanlaşdırma" siyasətinə start verilib? - Bəhruz Əzimovun səlahiyyətləri müvəqqəti dondurulub

24-10-2022, 08:59           
Naxçıvanda "Azərbaycanlaşdırma" siyasətinə start verilib? - Bəhruz Əzimovun səlahiyyətləri müvəqqəti dondurulub
Bu zamanadək Naxçıvanın bir neçə toxunulmazı vardı. Bunlardan biri də "Neftbaza"nın müdiri Bəhruz Əzimov idi. Əzimov öz əsrarəngiz qüdrətini "xan"la qurduğu qohumluq əlaqələrindən alırdı. "Vəliəhd xanzadə" həzrətləri Rza Talıbovun qaynatasıdır.
Teref.az yazır ki, bu barədə "Ovqat. com" saytının baş redaktoru Heydər Oğuz yazıb. Heydər bəy daha sonra davam edərək yazır ki, soruşa bilərsiniz ki, bu adam barədə niyə keçmiş zamanda danışıram? Yox, yox, səhv qənaətə gəldiniz. Bəhruz müəllim bu gün də ayaqdadır və biz Ulu Yaradandan ona uzun ömür, can sağlığı arzulayırıq. "Dı", "di", "dü", "du" şəkilçilərindən istifadə etməyimiz isə onun səlahiyyəti ilə əlaqədardır.
Bəli, bax, indi düz tapdınız. Prezident demişkən, Bəhruz müəllimin "statusu" obbalara gedib. Məlumatlara inansaq, Naxçıvanda aparılan maliyyə yoxlamaları nəticəsində "Neftbaza"da ciddi kəsirlər və qeyri-qanuni fəaliyyətlər aşkara çıxarılıb, beləcə, Bəhruz Əzimovun səlahiyyətləri müvəqqəti dondurulub.
"Qara Pişiy"ə inansaq, bu müvəqqəti dondurulma yaxın günlərdə daimi hal ala bilər.
İstər "Cahan" Holdinqdə, istərsə də "Neftbaza"da aparılan yoxlamalar onu deməyə əsas verir ki, Naxçıvanda "Azərbaycanlaşdırma" siyasətinə ilk öncə Rza Talıbova bağlı qüvvələrdən başlanılıb. İddialara görə, "xanzadə" həzrətləri rəhbərlərindən olduğu Azərbaycan Respublikası Miqrasiya Xidmətinin müavini vəzifəsindən də "gedər-gəlməz" məzuniyyətinə göndərilib.
Teref.az olaraq məqalədə qaldırılan iddialarla bağlı adları çəkilən şəxslərin mövqeyini dərc etməyə hazırıq!
Teref.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru