Bakıda körpünün bu vəziyyətdə olması sürücüləri qorxudur – Video
19-11-2022, 08:25
Bakıda 3-cü mikrorayon dairəsindəki körpünün aşırım hissəsində aralanma müşahidə edilir. İddialara görə, proses bir müddətdir ki, davam edir. Sürücülər artıq həmin körpüdən qorxa-qorxa keçdiklərini deyirlər.
TEREF.AZ “Xəzər Xəbər”ə istinadla xəbər verir ki, Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat katibi Anar Nəcəfli məsələyə aydınlıq gətirib.
O deyib ki, sözügedən körpüdə problem yoxdur. Sürücülər rahat şəkildə körpüdən istifadə edə bilərlər.