Azər Zeynalov Şərurdakı məktəbin idman stadionunu qəsb edib, özünə və qaynına villa tikdirib- Rəzalət FOTO

24-12-2022, 00:10           
Azər Zeynalov Şərurdakı məktəbin idman stadionunu qəsb edib, özünə və qaynına villa tikdirib- Rəzalət   FOTO
Şərurdan mənə çox maraqlı məlumat veriblər və xahiş ediblər ki, bunu mütləq ictimailəşdirim. Bura mənim də oxuduğum Şərur şəhər 1 saylı orta məktəbidir. Yerli sakinlərin dediyinə görə, uzun müddət Naxçıvan Ali Məclisi sədrinin birinci müavini olmuş, hazırda isə sədrin səlahiyyətlərini icra edən Azər Zeynalov bu məktəbin stadionunu və idman zalının olduğu ərazini zəbt edərək, orada özünə və qaynına villa tikdirib.

Bir hissəsini isə baha qiymətə başqa adamlara satıb. Mən Naxçıvana çox az-az gedirəm. Doğrusu, bu fakt diqqətimi çəkməyib. Mən elə bilirdim ki, əsaslı təmirdən sonra məktəbin stadionunun yerini dəyişiblər. Yerli sakinlər isə oradakı ab-havaya görə, qorxub susublar.
Həmin stadionda bizim uşaqlığımız keçib. Bu məktəbin idman infrastrukturu Azərbaycana çox adlı-sanlı, dünya, Avropa çempionları olan tanınmış idmançıları yetişdirib. Adan necə bu nalayiq addımı ata bilər? Şərur şəhər 1 saylı məktəbi həm də “rus məktəbi” kimi tanınıb. Məktəbdə iki dildə yüksək səviyyəli tədris verilib. Azər Zeynalovun dədə-baba evi məktəbin yanında olub, özü də bu məktəbdə oxuyub. Adam özünün də unudulmaz xatirələrinin olduğu bir ərazini necə qəsb edə bilər? Mənə söz veriblər ki, həmin ərazinin və orada tikilən evlərin fotolarını da göndərəcəklər. Mütləq ictimailəşdirəcəm ki, bu yaramaz hərəkətlə hamı tanış olsun. Şərur sakinləri, Azər Zeynalovdan 4 hektardan ibarət zəbt edilmiş həmin ərazinin məktəbin balansına qaytarmasını tələb edir…
Məhəmmədəli Qəribli
TEREF,AZ












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru