Fərəcov:Mətbuatda məni gündəm etməyin ,Birinci xanım mənimlə onsuz düz gəlmir

15-02-2023, 00:06           
Fərəcov:Mətbuatda məni gündəm etməyin ,Birinci xanım mənimlə onsuz düz gəlmir
Son günlər Sumqayıtın icra başçısı Zakir Fərəcovun "idarəetməsi"haqqında silsilə yazılar dərc olunur.

Təbii ki,bu yazılardan sonra redaksiya və mənim telefonuma yeni şikayət dolu informasiyalar bununla yanaşı, cənab başçının "adamlarının"xahişiləridə istisna deyil."Xahiş" qəbul olunmayanda ,bilinməyən nömrələrdən hərbəzorbalarda əskik olmur.

Bunlara başa salamaq olmur ki,bu xalqı və milləti heç vaxt aldatmaq olmur. Amma zaman-zaman bu xalqı və milləti aldadanlar olub və onların da axırı heç də yaxşı qurtarmayıb. Bəzi nazirlər, icra başçıları və digər vəzifəli şəxslər prezidentin onlara göstərdiyi etimadı doğrultmayıblar. Onlar həm cənab prezidentə, həm də bu millətə və xalqa xəyanət ediblər. Hansısa vəzifəli məmur isə bu işdən əl çəkmirsə, yolunu çaşıbsa, onlar düz yola qayıtmalıdılar.

Çünki cənab prezident İlham Əliyev də dəfələrlə çıxaşlarında bəyan edib ki, kimliyindən və hansı xidmətləri olmasından asılı olmayaraq, xalqa xidmət etmirsə, xalqın malına göz dikirsə, onlar gec-tez məsuliyyətə cəlb olunacaqlar. Cənab prezident bu mesajı dəfələrlə vəzifəli şəxslərə çatdırıb. Ondan nəticə çıxaranlar da var, çıxarmayanlar da. Amma görünən odur ki, dövlətin və millətin qanını soran məmurlar hələ də var və onlar çirkin əməlləri ilə məşğuldur.

Fərəcovun mafiyası Sumqayıtı çalxalayır - icra başçısı dövlətin milyonlarını mənimsəyir, ölkə mediasının gündəmini zəbt edən Zakir Fərəcovun cəzasız qalması, durumu daha da ağırlaşdırmaqdadır..

Bizə daxil olan mənbə qeyd edir ki,vəziyyətinin ağır olduğunu hiss edən ,Fərəcov bildirib ki,"Birinci xanım nəsə mənimlə düz gəlmir , yerimə öz kadrlarını gətirmək istəyir.Odur ki,mətbuata və ictimayyətə şikayət edib ,məni gündəm edib dahada vəziyyəti ağır etməyin"

Həqiqətən belədirsə, ölkəmiz və insanlar üçün çalışan ,dünyada mərhəmətimizi tərənnüm edən birinci xanımın adından danışan bir icra başçısına daha sözüm yoxdur.

Bundan əlavə,borclu olduğu sahibkarlara şərt qoyub ki,"sizin pullarınız bir şərtlə verilə bilər 30%mənə qalmaqla pulunuz geri veriləcək amma notarial qayda pulunuzun tam aldığınız haqqında sənəd imzalayacaqsınız".Burda deyiblər :"həm suçlu,həmdə güclü!" Təbii ki,hər şeydən əli üzülən bəziləri pullarını almaq üçün buna razı olublar.Amma haqqını tələb edənlər,öz haqqlarını hələdə tələb edir.

Azərbaycanda icra başçılarının bir çoxu özlərini kiçik padşahlar kimi aparırsa, Fərəcov özünü “kiçik Allah” kimi aparır. Sumqayıtda icra başçısı "yeriyən qanundur".

Sumqayıtda baş verənlərin spesifik cəhətlərindən biri də yerli hüquq-mühafizə orqanlarının və məhkəmə orqanının icra başçısının qanunsuz tapşırıqlarını icra etməsi ilə bağlıdır. Rayon icra başçısı dövlətə meydan oxuyur ki, mən Azərbaycan dövləti adından çıxarılan məhkəmə qərarını saymıram, özüm şəhərin həm məhkəməsiyəm, həm də sahibiyəm. , İcra başçısı Azərbaycan dövləti adından çıxarılan məhkəmənin qərarına qarşı öz hikkəsi ilə dirəniş göstərir. Halbuki məhkəmə qərarlarına ilk növbədə ölkə prezidenti tərəfindən etimad göstərilərək yüksək vəzifəyə təyin olunmuş vəzifəli şəxslər dəqiq və tərəddüdsüz əməl etməklə başqalarına nümunə olmalıdırlar.

Hökumət əhalini narazı salan korrupsioner məmurlarla vidalaşır.

Yəqin ki,Fərəcovlada vidaşlamağı tezləşdirər.Amma hələki,Hakimiyyət rəsmiləri hələ ki, bu iddialara cavab verməyiblər.

Dövlət başçımız cənab İlham Əliyevin sayəsində ölkəmiz günü-gündən güclənir, abadlaşır, sürətlə inkişaf eləyir. Bir sözlə desək- tək Qafqazın deyil, bütün dünyanın ən inkişaf eləmiş dövlətlərindən birinə çevrilir. Amma əfsuslar olsun ki ,Zakir Fərəcov kimi İcra Hakimiyyət başçisı cənab Prezidentin ona göstərdiyi etimadı doğrultmur. Bir sözlə bir yandan xalqı,bir yandan ölkə rəhbərini aldadır.

Xalqın gözü tərəzidir. Nədən yayınmaq osla da, o gözdən heç vaxt yayınmaq olmaz. Yəni el-oba bilir ki, Fərəcov millətə və xalqa necə xidmət edirlər. Əgər Fərəcov bu bəd əməllərini davam etdirəcəksə, günlərin bir günü onun müttəhimlər kürsüsündə əyləşməsi heç də uzaqda deyil.

P.S.Son sözüm bəzi həmkarlarımadır.Talıbov və Mehdiyev vəzifədə olanda şəninə tərif yağdıran, "jurnalistlər" indi sağdan soldan döşəyirlər.Vaxtında vəzifədə olanı hökumətə göstərmək lazımdır.Vallah mənim başıma bu mövqeyimə görə başıma gəlməyən olmayıb,amma heç vaxt gedənin dalınca heçnə yazmamışam.Mənim kimsə ilə qərəzim yoxdur.Mənim üçün dövlət və dövlətçilik var.

Biz ölkə rəhbərinə bu işdə kömək olmalıyıq,çünki ,Azərbaycanda idarəetmənin ciddi və əsaslı təkmilləşdirilməsinə ehtiyac var...
nuh.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.