Heç kimdən qorxmayan, ən qudurğan məmur balası - Rəcəb Babaşovun oğlu Qazaxda heç kimdən qorxmur... VİDEO
19-02-2023, 11:38
Qazax rayon icra başçısı Rəcəb Babaşov. İcra başçısının məmur oğlu yarım milyonluq maşınına yeni nömrə alıb. Təbrik edirik! Oğurluq, haram pullar ilə alınmış maşına minib sonradan lovğalanmaq tərbiyəsizlikdir! Qazi və şəhid ailələlərindən utansın!
Çoxumuz bu sualı hər yerdə eşitmişik “Məmur balaları müharibə vaxtı nə edirdilər?” “Xalqın kasıb balaları vətən uğrunda şəhid olanda, məmur balaları harda idilər?”. Bu sualın cavabını tapmışıq. Bu sadə bir misaldı....
Qazax rayonunun icra başçısı var Rəcəb Babaşov. Onun oğlu Elşən Babaşov müharibədən əvvəl şəhərdə 10-LL-077 dövlət nömrəsi ilə fırlanırdı. Müharibədən sonra isə bu yaxınlarda özünə yeni “zerkalnı” və qiyməti 100-200 min manat olan 77-LL-077 nömrəsi alıb. 10-LL-077 nömrəsini bəyənmədi çünki “zerkalnı” sayılmır ona görə 77-LL-077 aldıki hamı buna baxıb paxıllıq etsin. TEREF.AZ yazır ki, bunu bloqqer Mehman Hüseynov deyir. Daha sonra Mehman Hüseynov ritorik suallar verir: Bu qədər harınlamaq olarmı?! Bu qədər acgözlük olar? TEREF.AZ olaraq qaldırılan iddialarla bağlı qarşı tərəfin mövqeyini dərc edə bilərik: Teref.az