Nazirliyin əməkdaşını evində işlədib, mədəniyyət nümunələrini İrana satıb – Natəvan Qədimova barədə ŞOK İTTİHAMLAR

20-02-2023, 00:05           
Nazirliyin əməkdaşını evində işlədib, mədəniyyət nümunələrini İrana satıb –
Nazirliyin əməkdaşını evində işlədib, mədəniyyət nümunələrini İrana satıb – Natəvan Qədimova barədə ŞOK İTTİHAMLAR
2021-ci ildə Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyində aparılan yoxlamalar nəticəsində nazirliyin bir nəfər işçisinin nazir Natəvan Qədimovanın evində xidmətçi kimi işlədildiyi və əməkhaqqının da dövlət büdcəsindən ödənildiyi aşkarlanıb.

Teref.az xəbər verir ki, bu barədə Tns.az-a özəl mənbələrdən məlumat daxil olub.

Məlumata görə, Natəvan Qədimova vəzifəsindən sui istifadə edərək qədim maddi-mədəniyyət nümunələrinin ölkədən çıxarılmasına razılıq verib. O, rüşvət qarşılığında belə nümunələrin İrana satılması prosesində iştirak edib.

2021-ci ilin yanvar-fevral aylarında Mədəniyyət Nazirliyində aparılan yoxlamamlar zamanı bir ədəd 1950-ci illərə aid “Petrof” markalı fortepianonun ölkədən çıxarılaraq İrana keçirildiyi aşkarlanıb. Yarım əsrdən çox yaşı olan hər hansı bir musiqi aləti maddi-mədəniyyət nümunəsi sayılır. Bunun da ölkədən çıxarılmasına icazə verilmir. Həmin musiqi aləti 2016-cı ildə Bakıdan alınır və İrana aparılması planlaşdırılır. Lakin Azərbaycan Respublikası Mədəniyyət Nazirliyindən razılıq məktubu olmadığı üçün gömrük-keçid məntəqəsindən buraxılmır. Bunun qarşısı alındığından sahibkar başqa yola əl atır. Belə ki, aləti İrana deyil, İran yolu ilə Naxçıvana – öz evlərinə apardıqlarını bildirirlər. Bu zaman gömrükdə problem olmur, musiqi aləti Naxçıvana aparılır.

Alətin İrana aparılması üçün Naxçıvanın mədəniyyət naziri Natəvan Qədimova ilə sövdələşən sahibkar nazirdən razılıq ala bilir. Nazir bunun qeyri-qanuni olduğunu bilə-bilə maddi maraq müqabilində razılıq verir. Beləliklə, Azərbaycanın daha bir mədəniyyət nümunəsi ölkəni “tərk edir”.

Görəsən, bu alətin dəyəri nə idi ki, onu Bakıdan Naxçıvana İran yolu ilə aparıb yenidən İrana keçiriblər? Maliyyə Nazirliyi bu məsələni aşkara çıxardıqdan sonra Natəvan Qədimova niyə cəzalandırılmayıb? Xanım naziri kim müdafiə edib? Bu qədər ciddi qanun pozuntusu niyə ört-basdır edilib? Suallar çoxdur. Yəqin ki, Naxçıvanın yeni rəhbərliyi bu sualların cavabını bu sahəyə cavabdeh olan məmurlardan soruşacaqdır.

İddia edilir ki, nazirliyin kollegiya qərarlarına baxılsa, onlarla belə mədəniyyət nümunələrinin, muzey eksponatlarının qaranlıq taleyinə işıq tutmaq olar.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.