Şəmkir İH Sahil Babayevi ifşa etdi: ÖZÜNÜ YANDIRAN QAZİ İMİŞ VƏ ƏLİLLİK İSTƏYİRMİŞ…

20-02-2023, 00:18           
Şəmkir İH Sahil Babayevi ifşa etdi:
Şəmkir rayon İcra Hakimiyyətinin qarşısında intihara cəhd olub. Rayonun Yeni Həyat kənd sakini, 1996-cı il təvəllüdlü Həsənov İlham Yılmaz oğlu Şəmkir rayon İcra Hakimiyyətinin qarşısında özünə od vurub. Onun intihara cəhdinin qarşısının alınıb, alov söndürülüb. Yanıq xəsarətləri alan İlham Həsənov xəstəxanaya yerləşdirilib.
Şəmkir rayon İcra Hakimiyyətinin qarşısında intihara cəhd olub. Rayonun Yeni Həyat kənd sakini, 1996-cı il təvəllüdlü Həsənov İlham Yılmaz oğlu Şəmkir rayon İcra Hakimiyyətinin qarşısında özünə od vurub. Onun intihara cəhdinin qarşısının alınıb, alov söndürülüb. Yanıq xəsarətləri alan İlham Həsənov xəstəxanaya yerləşdirilib.
Teref.Az xəbər verir ki, intihara cəhdin detalları məlum olub. Daha doğrusu, Şəmkir rayon İcra Hakimiyyətindən verilən rəsmi açıqlama həqiqətin üzə çıxmasına səbəb olub. İH-dən bildirilib ki, hadisəyə səbəb əlillik dərəcəsinin təyinatı ilə bağlıdır. Deməli, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi daha bir nəfəri intihar həddinə çatdırıb. Bununla da Şəmkir İH nazir Sahil Babayevi ifşa edib. Üstəlik, açıqlamada deyilir ki, Yeni həyat kənd sakini, Vətən müharibəsi iştirakçısı, psixi pozuntulardan əziyyət çəkən və boyun nahiyəsində qəlpə olan, 1996-cı il təvəllüdlü Həsənov İlham Yılmaz oğlu buna qədər Qazax, Şəmkir, Gəncə və Bakı şəhərlərində yerləşən xəstəxanalarda müalicə alıb. Yəni təsdiq edilir ki, canına qəsd edən şəxs qazidir.
İH bildirir ki, hazırda isə 1 saylı Respublika Psixiatriya Xəstəxanasında müalicəsini davam etdirir. Vətəndaşın müraciəti aldığı müalicələrin heç bir nəticəsinin olmaması və əlillik dərəcəsinin təyin olunmasıdır. Vətəndaşın müraciətləri ilə əlaqədar aidiyyəti təşkilatlar tərəfindən lazımi dəstək göstərilsə də İ.Həsənov müalicəsinin davamı üçün Şəmkir Rayon Mərkəzi Xəstəxanasına gedən valideynlərindən ayrılaraq Şəmkir RİH-in qarşısına gəlib və özünü yandırmağa cəhd edib”.bildirir ki, intihara cəhdin detalları məlum olub. Daha doğrusu, Şəmkir rayon İcra Hakimiyyətindən verilən rəsmi açıqlama həqiqətin üzə çıxmasına səbəb olub. İH-dən bildirilib ki, hadisəyə səbəb əlillik dərəcəsinin təyinatı ilə bağlıdır. Deməli, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi daha bir nəfəri intihar həddinə çatdırıb. Bununla da Şəmkir İH nazir Sahil Babayevi ifşa edib. Üstəlik, açıqlamada deyilir ki, Yeni həyat kənd sakini, Vətən müharibəsi iştirakçısı, psixi pozuntulardan əziyyət çəkən və boyun nahiyəsində qəlpə olan, 1996-cı il təvəllüdlü Həsənov İlham Yılmaz oğlu buna qədər Qazax, Şəmkir, Gəncə və Bakı şəhərlərində yerləşən xəstəxanalarda müalicə alıb. Yəni təsdiq edilir ki, canına qəsd edən şəxs qazidir.
İH bildirir ki, hazırda isə 1 saylı Respublika Psixiatriya Xəstəxanasında müalicəsini davam etdirir. Vətəndaşın müraciəti aldığı müalicələrin heç bir nəticəsinin olmaması və əlillik dərəcəsinin təyin olunmasıdır. Vətəndaşın müraciətləri ilə əlaqədar aidiyyəti təşkilatlar tərəfindən lazımi dəstək göstərilsə də İ.Həsənov müalicəsinin davamı üçün Şəmkir Rayon Mərkəzi Xəstəxanasına gedən valideynlərindən ayrılaraq Şəmkir RİH-in qarşısına gəlib və özünü yandırmağa cəhd edib”. \\TİA.Az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.