Masallı Regional Meşə Təsərrüfatı Mərkəzinin xidməti ərazisində kütləvi ağac qırıntıları qeydə alınıb.
TEREF.AZ-ın yazdığına görə, AzToday.az xəbər verir ki, bu barədə bloger Məhəmməd Adiyev görüntülər paylaşıb.
Yardımlı rayonunun 2 saylı meşəbəyliyinin 3 saylı dolayı, Göytəpə meşəbəyliyinin 14 saylı dolayında kütləvi qırıntılar var. Bu baxmayaraq, Masallı Regional Meşə Təsərrüfatı Mərkəzinin rəhbərliyi kütləvi ağac qırıntılarını ört-basdır etməyə çalışır.