Dövlət qurumlarını YEDİRDƏN TENDERYEYƏN... - İcazə verin, şübhələnək...

22-02-2023, 13:26           
Dövlət qurumlarını YEDİRDƏN TENDERYEYƏN... -
Uşaq bağçalarında balacalara necə yemək verilməsi bütün valideynləri maraqlandırır. Amma daha maraqlı məsələ bu yeməklərin hansı şirkətlər tərəfindən verilməsi, daha dəqiqi, dövlət qurumlarının bu qidaları hansı şikayət sifariş etməsidir.

FED.az xəbər verir ki, bağçaların qida ilə təminatı artıq çoxdan çoxmilyonlu böyük biznesdir və bu sahənin öz iri oyunçuları var.

Xəbər verildiyi kimi, bir neçə gün əvvəl Təhsil Nazirliyinin Təsərrüfat Hesabli Əsasli Tikinti və Təchizat İdarəsi (qurumun adını hələ dəyişib Elm sözü əlavə etməyiblər – FED.az) Bakı şəhərinin 2 rayonunda (Səbail və Nizami) və Gəncə şəhərindəki məktəbə qədər təhsil müəssisələrinin yeməklə təminatı üzrə böyük tenderi yekunlaşdırıb. Rəsmi məlumata görə, tenderdə 12,7 milyon manatlıq bu böyük tenderi «TAİS İKF» MMC (VÖEN 1400019741) qazanıb. Onunla müvafiq məbləğə müqayilə bağlanılıb.

FED.az-ın araşdırması göstərir ki, bu «TAİS İKF» MMC-nin ilk tenderi deyil. Şirkət indiyədək də dövlət qurumlarından əksəriyyəti yemək və keyterinq xidməti olmaqla çoxsaylı və böyük tenderlər qazanıb. Son 4 ildə şirkət udduğu 18 tender üzrə ümumilikdə 43 milyon manata yaxın sifariş alıb.

Qeyd edək ki, «TAİS İKF» MMC şirkəti 1994-cü ildə yaradılıb, şirkətin qeydiyyatı barədə sonuncu çıxarış 2017-ci ildə verilib. Şirkətin hüquqi ünvanı Baki şəhəri Nərimanov rayonu, Ələsgər Qaibov, ev 5-də yerləşir. Nizamnamə kapitalı 10 manat, qanuni təmsilçisi Rəfail Məmməd oğlu Şirinovdur.

«TAİS İKF» MMC-nin (VÖEN 1400019741) qazandığı tenderlər aşağıdakılardır:

1. Təhsil Nazirliyinin Təsərrüfat Hesabli Əsasli Tikinti Və Təchizat Idarəsi - 2023-cü il ərzində Bakı şəhəri (Səbail və Nizami rayonları) və Gəncə şəhəri ərazisində yerləşən bütün məktəbəqədər təhsil müəssisələrinin yeməklə təchizatının satınalınması -12 milyon 704 min 454 manat - 20.02.2023

2. Təhsil Nazirliyinin Təsərrüfat Hesabli Əsasli Tikinti Və Təchizat Idarəsi - Təhsil nazirliyinin birbaşa tabeliyində olan təhsil müəssisəsində dövlət təminatında olan təhsilalanların 2022-ci ilin sentyabr-dekabr ayları ərzində yeməklə təchizatı – 6 milyon 616 min 245 manat - 07.09.2022

3. "Yevlax Rayon Mərkəzi Xəstəxanasi" PHŞ - Ərzaq məhsullarının alınması və təminatı (keytring xidməti) – 198 min 594 manat - 30.12.2021

4. "Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasi" PHŞ - Hazır yemək (keytring xidməti) – 389 min 400 manat - 24.12.2021

5. "Ağdaş Rayon Mərkəzi Xəstəxanasi" PHŞ - Ərzaq məhsullarının alınması və təminatı (keytring xidməti) – 198 min 594 manat - 18.12.2021

6. 13 Nömrəli Ixtisaslaşdirilmiş Olimpiya Ehtiyatlari Uşaq-Gənclər Idman Məktəbi - Təlim məşq toplanışın yemək və yatag xərci – 8 min 711 AZN - 14.09.2021

7. "Yevlax Rayon Mərkəzi Xəstəxanasi" PHŞ - Hazır yemək (keytrinq) xidmətinin satınalması - 180 min 540 manat - 28.07.2021

8. "Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasi" PHŞ - Hazır yemək ( keytrinq ) xidmətinin satınalması il ərzində - 365 min 137 manat - 19.05.2021

9. "Ağdaş Rayon Mərkəzi Xəstəxanasi" PHŞ - Ərzaq məhsullarının alınması və təminatı (keytring xidməti) – 180 min 540 manat - 06.04.2021.

10. "Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasi" PHŞ - Hazır yemək(keytrinq) satınalınması - 426 min 570 manat - 05.03.2021

11. "Ağdaş Rayon Mərkəzi Xəstəxanasi" PHŞ - Keytrinq xidməti – 45 min manat - 30.12.2020.

12. "Ağdaş Rayon Mərkəzi Xəstəxanasi" PHŞ - Keytrinq xidmətinin satınalınması – 88 min 250 manat - 19.11.2020.

13. "Ağdaş Rayon Mərkəzi Xəstəxanasi" PHŞ - Keytrinq xidməti – 124 min 088 manat - 18.11.2020.

14. "Yevlax Rayon Mərkəzi Xəstəxanasi" PHŞ - Keytrinq xidməti 130 min 718 manat - 09.10.2020

15 "Bakı Metropoliteni" QSC - “Bakı Metropoliteni” QSC-nin infrastruktur obyektlərində yerləşən bina, qurğu və avadanlıqlarının təmizlənməsi işlərinin satın alınması – 1 milyon 144 manat - 25.05.2020.

16 Təhsil Nazirliyi - Təhsil Nazirliyi tabeliyində olan təhsil müəssisələrində mövcud qanunvericiliyə uyğun dövlət təminatındakı təhsilalanların 2020-ci ilin may-dekabr ayları ərzində yeməklə təchizatı ilə bağlı xidmətlərinin satın alınması – 9 milyon 073 min 036 manat - 04.05.2020.

17. "Bakı Metropoliteni" QSC - “Bakı Metropoliteni” QSC-nin stansiyalarında təmizlik işləri xidmətinin satın alınması – 1 milyon 999 min 994 manat - 30.01.2020

18. Təhsil Nazirliyi - Təhsil Nazirliyinin birbaşa tabeliyində olan təhsil müəssisələrində mövcud qanunvericiliyə uyğun dövlət təminatındakı təhsilalanların 2019-cu ilin may-dekabr ayları ərzində yeməklə təminatı işləri – 9 milyon 028 min 650 manat - 13.05.2019 //FED.az//

Məsələ ilə bağlı dia.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.