"Bakuelektroniks"-ə ağır ittihamlar - " Vergidən yayinma, saxta sənəd təqdim etmə, istehlak qaydalirini pozma, daha hansini deyim?!
22-02-2023, 15:48
Salam hörmətli redaksiya. Mən bu ilin yanvarin 21-ndə Nəsimi rayonu Fizuli kucəsi 73-də yerləsən Bakuelektroniks magazasina 8799 manat odəniş etmişəm, motosikl almaq uçun və motosikli Babək prospektində yerləşən moto servisdən goturmuşəm.
Mənə təqdim olunan ödəniş qəbzində qeyd olunan fiskal kodu edvgerial tedbiqinə yukləmişəm. Amma 30 gun kecdikdən sonra mənə imtina smsi gəldi və 67 manat odənilmədi.
Teref.az yazır ki, vətəndaş belə bir şikayətlə saytımıza müraciət edib. Daha sonra vətəndaş Rac Kərimov yazdıqlarına aydınlıq gəitətərək yazır:
Bununla əlaqədar mən Bakuelektroniksin 143 cagri mərkəzlərinə etdiyim çoxsayli zənglərimə baxmayaraq, bunlar mənə hec bir komək etmədilər. Odənişi etdiyim 28 may filialinin əlaqə nomrəsini istədim amma onu da təqdim etmədilər.
Dogrusu Bakuelektroniksin barəsində dəfələrlə olunan çoxsayli vətəndaş naraziliğini eşitsəm də, oz başima gələnə qədər bilmirdim ki, bunlar muştərini necə aldadir və ələ salirlar.
Bu şirkət kimindir bilmirəm, amma bunun Azərbaycan respublikasinin qanunlarindan qətiyyən qorxusu yoxdur. Elə bil konstitusiyaya meydan oxuyur bu şirkət. Vergidən yayinma, saxta sənəd təqdim etmə, istehlak qaydalirini pozma, daha hansini deyim?!
Muştərini şirin dillə çagirib salirlar tələyə, sonra isə yalançi işlək olmayan nomrələr verib başlarindan edirlər. Xahiş edirəm bu məsələni ictimailəşdirin ki, digər vətəndaşlar mənim kimi surundurməçiliklə uzləşməsinlər.
Teref.az olaraq vəyəndaşın qeyd etdiyi iddialarla bağlı qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq!
Teref.az