“Expressbank” saxta reklamla insanları tora salır? - İLGİNC FAKTLAR
22-02-2023, 17:01
Azərbaycanda əksər banklar yalançı reklam elanları ilə uzun illərdir ölkə vətəndaşları aldatmaqdadır. Yalançı faiz endirimləri, tək şəxsiyyət vəsiqəsi ilə kredit elanlarının toruna hər gün yüzlərlə vətəndaş düşür. Bankların onsuzda problemlər burulğanında boğulan insanlara qarşı apadıqları total dələduzluğa isə rəsmi qurumlar heç bir müdaxilə etmir.
TEREF.AZ Qlobal.az-a istinadla xəbər verir ki, sosial şəbəkələrdə reklam olunan banklardan biri də “Expressbank”-dır.
Bir neçə gün əvvəl sosial şəbəkələrdə 12 faiz şərtlə kredit elanını reklama çıxaran “Expressbank”-ın bu elanının yalan olduğu deyilir. Vətəndaşlar kütləvi olaraq yazdıqları şərhlərdə “Expressbank”-ı aldadıcı reklama görə qınayırlar.
“Expressbank”-ı yalançılıqda ittiham edən sosial şəbəkə istifadəçiləri 12 faiz kredit elanı ilə bankın insanları aldatdığını yazırlar.
“Expressbank”-ın sözügedən reklam çarxında Nadir Ələsgərov adlı sosial şəbəkə istifadəçisi “Reklamdan başqa bir şey deyil, feyk məlumatdır, elə şey yoxdur, ən aşağı kreditin faiz dərəcəsi 17 faizdən başlayır, sənəd işlərində də yorucudurlar, çox get-gələ salırlar. 12 faizdən heç bir bank heç bir şərtlə kredit vermir, sadəcə müştəri cəlb etmək üçün bir reklamdır”-deyə, yazır.
Valeh Abbasov isə bankın reklam çarxında “Bacardığınız qədər milləti yükləyin” yazır.
“Expressbank”-ın reklam çarxının yalan olduğunu bildirən sosial şəbəkə istifadəçilərindən biri də Onur Məmmədlidir: “Boş şeydi. Bu yaxınlarda getmişdim. Reklamda 12 faiz deyir amma 25 faizdən yuxarı verir. Deyir 12 faiz ancaq əmək haqqı 4000 manatdan yuxarı olanlara verilir. Maraqlıdı 4000 manat əmək haqqı alanlar varmı və 4000 manat əmək haqqı olan alan neynir krediti?”.
Seyfəl Mahmudov isə 20 min manat krediti nə üçün 17 faizlə verdiklərini sual edir: “Deyirsiz 30 minə qədər verilir.mən 1127 manat maş alıram iş yerimdə rəsmidi amma mənə 20 min verirlər 17 faizlə niyə və nəyə görə 30 min vermirlər?”.
Əhəd Nuriyev ad soyadlı sosial şəbəkə istifadəçisi isə “Expressbank”-ın ən yalan danışan bank olduğunu qeyd edir: “Yalan yazıb milliəti aldadmayın ən yalan danışan bank dır Expressbank”.
“Expressbank”-ın kredit faizlərinin daha çox olduğunu bildirən sosial şəbəkə istifadəçilərindən biri isə Anar Fətullayevdir. A.Fətullayev yazır: “Boş söhbətdi bu gün zəng vurdum 36 aya 21 faiz dedilər”.
Vaqif Qayıbov “Expressbank” barəsində fikrini daha lakonik vurğulayır: “Yalançı bankdılar”.
“Expressbank”-ın “sərfəli kredit” elanına şübhə edən vətəndaşlardan biri də Tural MahmudSoydur. T. Mahmudsoy “Vallah deməyinə gözəl deyirsiz, vacehinə çatanda min dənə hoqqa verirsiz”-deyə yazır.
Altay Yolcuyev ad soyadlı sosial şəbəkə istifadəçi isə 12 faiz kredit ümumiyyətlə çox olduğunu bildirir: “12 faizlə kim iş qurub işci saxlaya bilər? Elə qəşəng danışırsız. Deyin ki, ölməmək ücün gəlin kredit götürün yediyinizi faizlə ödəyin varlanaq bu daha inandırıcı olar. 12 faizlə iş qurmaq isə axmaqlıqdır. Özünüzə gəlin. Dünya statistikasında belə faiz dərəcəsi ilə sahibkara belə təklif edilməz. Başına atom bombası düşən yaponiya inkşaf etmək ücün 2 faizlə başlayıb. Bura isə Azərbaycandır. Yəni məqsədiniz qazandırmaq yox qazanmaqdır. 12 faizdə inanmıram. Adi vətəndaşa 29 faizlə kredit soxan məmləkətdir bura”.
“Expressbank”-ın reklam çarxına şübhə edən sosial şəbəkə istifadəçilərindən biri də Anar Aliyevdir. O, 12 faizlə şirnikləndirib 24-25 faizlə kredit verdiklərini yazır.
“Expressbank” reklam çarxına yazılan kütləvi narazılıqla dolu olan şərhlərə münasibət bildirməyib.
Qeyd edək ki, “Expressbank” ASC 1992-ci ildən yaradılıb. Bankın hazırda nizamnamə kapitalı 112.544.834 manat təşkil edir.
Xatırladaq ki, “Expressbank” ASC-nin Müşahidə Şurasının sədri Əfqan Cavadovdur.
Bankın İdarə Heyətinin sədri isə Mehman Məmmədovdur.