Daha bir keçmiş rektor Azərbaycandan QAÇAQ DÜŞÜB - İLGİNC FAKT

23-02-2023, 10:37           
Daha bir keçmiş rektor Azərbaycandan QAÇAQ DÜŞÜB - İLGİNC FAKT
Bakı Slavyan Universitetinin sabiq rektoru Nurlana Əliyevanın ölkədən qaçmasıyla bağlı xəbər bir neçə gün mətbuatın gündəmini zəbt etdi. Universitetin sabiq şöbə müdiri Dürdanə Əliyevanın istintaqa cəlb olunmasından sonbra qəfildən "qeybə çəkilən" keçmiş rektor personası ətrafında müxtəlif söz-söhbətlərin meydana çıxmasına rəvac verdi.

Düzdür, adı ətrafında yaranmış ajiotajın səngimədiyini görən Nurlana Əliyeva sonradan bu xəbəri təkzib etdi. O, məhkəmədə iştirak etməməsini rəsmi bildiriş almamasıyla əlaqələndirərək, özünün "aydan arı, sudan duru" olduğunu sübut etməyə çalışdı. Amma istintaq materiallarında Nurlana Əliyeva ölkədən kənarda olduğu üçün onun ifadəsinin alınmamasıyla bağlı xüsusi qeyd var.

TEREF.AZ bildirir ki, "Yeni Sabah"ın əldə etdiyi məlumata görə, Nurlana Əliyeva həbs təhlükəsi ilə üzləşdiyi üçün ölkəni tərk edən yeganə rektor deyil. Azərbaycan Dövlət İdman Akademiyasının keçmiş rektoru Ağacan Əbiyevin də eyni aqibətlə üzləşdiyi bildirilir.

Məlumatlı şəxs saytımıza deyib ki, 2015-ci ildə vəzifəsini itirən Ağacan Əbiyev 5 il hər hansı təhlükə ilə üzləşməyib. O, Milli Məclisin deputatı olduğu üçün toxunulmazlıq hüququndan maksimum istifadə edib. Amma 2020-ci ildə keçirilən parlament seçkilərində təkrar deputat seçilmədiyi üçün bəzi problemlərlə üz-üzə qalıb.

Mənbə deyib ki, sələfi Fuad Hacıyev 2020-ci ildən sonra Ağacan Əbiyevin Azərbaycan Dövlət İdman Akademiyasına rəhbərlik etdiyi 28 illik dövrü təftiş etməyə başlayıb. O, sabiq rektorun dövründə baş vermiş kifayət qədər ciddi qanun pozuntularının üstünü açıb. Sonra isə topladığı materialları tədbir görülməsi üçün prokurorluq orqanlarına təqdim edib. Bundan sonra keçmiş rektorun "qara günləri" başlayıb. Əbiyev həbs təhlükəsi ilə üzləşdiyini görəndən sonra təcili ölkəni tərk etməli olub.

Aldığımız məlumata görə, Ağacan Əbiyev təxminən 1 il sürgün həyatı yaşayıb. Amma sonradan köhnə əlaqələri hesabına üzləşdiyi təhlükəni dəf edərək, ölkəyə qayıda bilib. Bu hadisədən sonra 86 yaşlı sabiq deputat və keçmiş rektorun ictimai-siyasi proseslərdən tamamilə təcrid olunduğu bildirilir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.