İşçilərin ezamiyyət pulu hara getdi? - Ağdaşın baş həkimi ittiham olunur

9-06-2016, 10:15           

Ağdaşda səhiyyəsində növbəti biabırçılıq baş verib. 24saat.org-a verilən xəbərə görə, Ağdaşın mərkəzi rayon xəstəxanasının tibbi personalının ixtisasartırma və təkmilləşdirmə kurslarından keçmək üçün ayrılan ezamiyyət xərcləri kurslarda iştirak edən tibb işçilərinə verilmir.
2015-ci ilin noyabr ayında Mingəçevir şəhərində 23 gün kurslarda olmuş, hər gün yola-nəqliyyata azı 3 manat xərcləmiş 15 nəfər tibb işçisi bu xərclərini geri ala bilmir.
Qeyd olunan xəstəxananın mühasibatlığından onlara bildiriblər ki, gözləməyin, olmayacaq, belə bir vəsait yoxdur.
Xəstəxanadan onlara onu da deyiblər ki, hara istəyirsiz şikayət edə bilərsiniz. 24saat.org saytına daxil olan məlumatda iddia olunur ki, tibb işçilərinə verilməli olan ezamiyyət pulunu xəstəxananın baş həkimi Nuru Nuruyev məniumsəyib.
Səslənən iddialara münasibət öyrənmək məqsədi ilə Ağdaş mərkəzi rayon xəstəxanasının (020) 23-5-50-80 nömrəli telefonuna etdiyimiz zənglər isə faydasız oldu. Dəfələrlə etdiyimiz cəhddən sonra zəngimizə cavab verməyə məcbur olan cənab məqsədimizi bildiyi an dəstəyi yerinə asmaqla problemin həllindən yaxa qurtarmağa çalışdı…
Mövzuya qayıdacağıq…












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru