Buda əsl "müsəlman"- larımız - Halal adı altında HARAM KOLBASA SATIRLAR... -
14-04-2023, 15:54
2023-cü ilin martında AQTA tərəfindən 76 sahibkarlıq subyektinin “Qida təhlükəsizliyi qeydiyyatı” ləğv edilib. Onlardan biri də “Payım” ticarət markası ilə kolbasa və sosiskalar istehsal edən “Al-Sana” MMC-dir.
Sələfilərin nümayəndələri olan “Al-Sana” sahiblərindən biri – Ramil Soltanov Mədinə şəhərində dini təhsil alıb. Uzun illər əvvəl bu müəssisənin əlindən “halallıq” sertifikatı alınsa da, bu günlərə qədər MMC halal adı altında məhsullar istehsal edirdi.
Hələ 1 il öncə sözügedən müəssisədə aparılan yoxlama zamanı məlum olmuşdu ki, “Al-Sana” MMC-də istehsal edilmiş məhsulların üzərindəki etiketlərdə kərə yağı və qoyun əti qeyd edilsə də, istehsal zamanı bitki və bitki spred yağından istifadə edilir.
Tribunainfo.az xəbər verir ki, eyni zamanda müəssisədə qoyun əti aşkar olunmamış, qoyun ətinin alınmasını təsdiq edən sənədlər və minimum keyfiyyət və təhlükəsizliyini təsdiq edən müvafiq müşayiətedici sənədlər təqdim olunmamışdı. Hətta müəssisənin hazır məhsul anbarına keçirilən baxış zamanı məhsulların müəyyən qisminin üzərində məhsulun istehsal və son istifadə tarixlərinin qeyd edilmədiyi, bəzilərində isə taraların üzərində yazılmış tarixlə məhsulun üzərində qeyd edilmiş tarix arasında uyğunsuzluq olduğu müəyyən edilmişdi.
Yoxlamalar zamanı “Al-Sana” MMC-nin ət, qida əlavələri, ədviyyatlar və qablaşdırma materialları halal qaynaqlardan alınmalı olduğu halda, müxtəlif fiziki şəxslərdən əldə etdiyi müəyyən edilmişdi. Məsələn, həm mal, həm də toyuq əti rayonlardakı ayrı-ayrı fiziki şəxslərdən alınır. Həmin fiziki şəxslər halal qaynaqlar hesab edilmir. Uzun illər müəssisədən halal sertifikatı alınsa da, son günlərə qədər MMC halal adı altında məhsullar istehsal edib, satıb.
Hətta müəssisədə istehsal edilmiş bişmiş, bişmiş hisə verilmiş, yarım hisə verilmiş kolbasa məhsullarından və sosiskalardan götürülən nümunələrin laboratoryada müayinəsindən sonra məhsullarda uyğunsuzluqlar aşkar edilmişdi.
Dəfələrlə nöqsanlar aşkarlanan bu müəssisənin sahibləri məhsullarını market və mağazalarda sata bilmədikdə isə digər yollara əl atıblar. Bir neçə il öncə Bakı şəhər sakinləri -“Al-Sana” MMC-nin satış meneceri Vüqar Namazov və sürücü Kamil Mehdiyev 200 kiloqrama yaxın istifadəyə yararsız və müddəti bitmiş “Fitnes” kolbasa və sosiska məmulatlarını satarkən saxlanılmışdı. Hazırda metro çıxışlarında, bazarların qarşısında açıq şəkildə, adsız və istehsal tarixi qeyd edilmədən satışa çıxarılan, keyfiyyəti və tərkibi məlum olmayan kolbasa və sosiskalar sözügedən MMC-nin istehsalıdır.
Məsələn, “Marka” şirkəti olaraq fəaliyyət göstərən firma da məhsullarını “Al-Sana” MMC-nin dəfələrlə nöqsanlar aşkarlanmış sexində istehsal edir. Halallılq sertifikatı almayan bu müəssisə məhsullarını halal adı altında satır. Halbuki həmin kolbasa və sosiskaların heç biri halal deyil, əksəriyyərinin tərkibi xəstə və ya ölmüş hər hansısa heyvana aiddir.