`Lukoil`dan benzin almayın: UÇUB GEDƏCƏK... - GİLEY

19-04-2023, 08:25           
`Lukoil`dan benzin almayın: UÇUB GEDƏCƏK... - GİLEY
Təkrarçılıq olsa da qeyd etməyə məcburuq ki, paytaxt və bölgələrdə fəaliyyət göstərən Yanacaq Doldurma Məntəqələri ciddi problemə çevrilib.
Apardığımız qısa araşdırma zamanı bəlli oldu ki, 2019-cu ilin sonlarında Azərbaycanda avtomobillərin sayı 1,4 milyon ədəd olub. Yəqin ki, hazırda təxminən 2 milyon civarında olar. Bu 2 milyon avtomobil və üstəgəl digər avtonəqliyyat vasitələri demək olar ki, hər gün benzin və digər yanacaq almalıdırlar.
Yəni söhbət 2 milyon sürücünün hər gün qarşılaşdığı problemdən gedir. YDM-lərdə əsasən sürücüləri yanacağın həcmində aldadırlar.
İkincisi, yanacağın keyfiyyətsiz olması istər-istəməz avtomobillərin xarab olmasına gətirib çıxardır. Üstəlik keyfiyyətsiz yanacaq həm də ətraf mühit üçün ciddi ekoloji problemlər yaradır. Gördünüzmü, YDM-lər sözün həqiqi mənasında ciddi problem mənbəyidir. Ölkəmizdə yanacaq doldurma biznesi ilə məşğul olan şirkətlərdən biri də qonşu Rusiyaya məxsus olan LUKoil şirkətinə aid YDM-lərdir.
Media üzərindən apardığımız qısa araşdırma zamanı bu şirkətə məxsus YDM-lər barədə nə qədər sürücü şikayətinə rast gəldik. Bu YDM-lər sürücülərə qarşı sözün həqiqi mənasında soyğunçuluq edirlər.
İndi gəlin, sürücülərin Lukoil-in YDM-ləri barədə şikayətlərinə nəzər salaq. Şikayətçi deyir ki, Maşın bazarının yaxınlığında, "Su Səsi" restoranı ilə üzbəüz yeni və müasir tipli LUKOİL yanacaqdoldurma məntəqəsində yanacağın həcmində məni dəfələrlə aldadıblar. Mən bu barədə şirkətin əməkdaşına iradımı bildirəndə cavab veriblər ki, “yəqin aşağı skorosnan vurublar, ona görə benzinin həcmi az olub.
Şikayətçi deyir ki, mən belə həyasızlıq görməmişəm. Şikayətçi hətta LUKoil-un prezidenti Vahid Ələkbərova üz tutaraq nəzakətli formada deyir ki, kasıb təbəqənin cibinə girmək yaxşı hal deyil... Yazıq şiakyətçi hətta dövlət qurumlarına səslənir: “ Çox hörmətli aidiyyatlı dövlət və hökümət qurumları! Tək LUKOİL deyil, bir çox YDM- lərdə insanlar aldadılır. Hər gün, hər saat, hər dəqiqə! Buna bir əncam qılın!!!” Başqa bir sürücü yazır ki, Sədərək ticarət mərkəzinin yaxınlığında yerləşən “LUKOİL” yanacaq doldurma məntəqəsində şəxsi avtomobilimə benzin vurdum, amma qısa vaxtdan sonra benzin yoxa çıxdı, uçub getdi və məlum oldu ki, avtmobilimə hava qarışıq benzin vurublar. Belə şikayətlər o qədərdir ki, yazmaqla bitən deyil.
Sonuncu şikayət isə “Şamaxinka” deyilən ərazidə LUKoil-ə məxsus olan YDM barəsindədir. Şikayətçi həmin YDM-də həcmdə aldadıldığını, benzinin keyfiyyətsiz olduğunu qeyd edir. Bütün bunlar azmış kimi, YDM-in əməkdaşları da sürücülərə qarşı nəzakətsiz davaranırlar. Ümumiyyətlə xırda araşdırma zamanı bəlli oldu ki, LUKoil-ə məxsus YDM-lərin sahibləri bu işə çox məsuliyyətsiz yanaşırlar.
Təsəvvür edirsiniz, “Lukoil”in benzin daşıyan maşını Qəbələdə turist bazasının yaxınlığında aşıb, sürücü ölüb, xoşbəxtlikdən partlayış olmayıb. İndi bu şirkət və onun YDM-ləri barədə özünüz nəticə çıxardın. //gundelik-baku.com//












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.