NAZİRİN NƏZƏRİNƏ: ADAU bir təhsil ocağıdırmı? - ŞOK FAKTLAR AÇIQLANIR...
21-04-2023, 08:45
"Sabiq nazir İnam Kərimov Ali Məhkəməyə sədr təyinatından sonra rektor əvəzi Zəfər Qurbanov rektor keçmək üçün başqa alternativ variantlar axdarmağa başlayıb". Bu barədə DİA.AZ-a göndərilən məqalədə deyilir.
MƏQALƏNİN ƏVVƏLİ BURADA: ADAU-da İSA HƏBİBBƏYLİ İZİ... - ŞOK FAKTLAR AÇIQLANIR...
Məqalənin davamında deyilir: "Zahir Ələsgərov hətta bu vəziyyətdən istifadə edərək 20-yə yaxın magistır tələbəsinin elmi rəhbərliyini işə gəlməyən üç müəllimə bilərəkdən yazmışdır. Özü isə həmin tələbələrdən iki min manat alaraq mövzuları plagiat yazdırmaqla məşğuldur. Bəs sual yaranır: bir müddət əvvəl magistır tələbəsindən elmi işin yazılması üçün pul istəyən Hümbətov Hümbəti Bəşir Bağırzadə "rüşvət istəməsən" deyib müəllimi məcbur edərək işdən çıxma ərizəsi alan Bəşir Bağırzadə nəyə görə işə gəlməyən "ölü can maaşı" alan üç müəllimin işə gəlib-gəlmədiyini yoxlamır?
20-yə yaxın magistır tələbəsinin magistır desertasiyasının elmi rəhbəri kimdir və kim işləyir?
Demək ki, Bəşir Bsğırzadə "daxilə nəzarət etmir", sadəcə olaraq Zəfər Qurbanovun əmrlərini yerinə yetirir.
İndiyə kimi ADAU nə bir çox rəhbərlik edən rektorlar və rektor əvəzləyən olub ki, onların rəhbərlik etdikləri dövrdə heç bir müəllim belə korrupsiya ilə tutulmamışdır. Zəfər Qurbanovun təyinatından sonra universitetdə özbaşınalıq və rüşvət baş alıb gedir. Maraqlısı da odur ki, rüşvətin ancaq Zəfər Qurbanovun yerliləri və yaxınları alır. Daxili nəzarət şöbəsinin müdiir Bəşir Bağırzadə isə Zəfər Qurbanova haqq verməyən müəllimlərin rüşvət almasını gözləyir və ya haqqını tələb edənləri tələbələrin əli ilə işdən çıxarmağa çalışır.
Saleh Məhərrəmovun Gəncə şəhərində olmağına baxmayaraq Zəfər Qurbanov yeni müdafiə şurası yaratmaq isdəyir sədrini isə İsa Həbibbəylinin yeznəsi Saleh Məhərrəmovu təyin etməkdir. Bir deyən yoxdur ki, ay Zəfər Qurbanov Saleh Məhərrəmovun adı ömrü boyu təhsildə ancaq rüşvətdə hallanıb, sən hansı marağa onu müdafiə şurasına sədir təyin edirsən?
Zəfər Qurbanovun buradakı məqsədi yeni yaratdığı müdafiə şurasından Saleh Məhərrəmovun əli ilə pul qazanmağıdır. Zəfər Qurbanov danışanda ancaq ədalətdən, düzgünlükdən danışır. Sual yaranır, ADAU-nin THİK-nin sədr təyin etdiyi Qasımov İbrahim İldırım oğlunu hansı tələbə tanıyır? Özü də bakalavr təhsilini Gəncə Dövlət Universitetində oxuyub. 2022-ci ildə ADAU-nə magistır şöbəsinə qəbul olub. Əgər THİK seçki yolu ilə olursa, Qasımov İbrahimi hansı tələbə tanıyır? Bu vəzifə seçki ilə təyin edilirsə, nəyə görə ADAU-nin tələbə kollektivinə vəzifə elanı verilməyib? Ya verilibsə niyə namizədlərdən yalnız Qasımov İbrahim olub. Çünki bunun bir səbəbi var: o da ki, Qasımov İbrahimin THİK-nın sədri olması başlıca səbəbkarı Təvəkgül İslamov olmasıdır. Belə ki mühəndislik fakültəsinin dekanı Təvəkgül İslamov 15 min manat pulu Qasımov İbrahimdən alaraq Bəşir Bağırzadəyə vermiş, rektor əvəzi Zəfər Qurbanov isə THİK sədri təqdimatın verərək təyin etmişdir. Maraqlısı da odur ki, belə haqsızlıqdan şikayət edəndə prorektorlar və şöbə müdirləri, dekanlar deyir ki, biz kimik ki... Yaxşı onda professor müəllim heyyəti dərdini kimə desin? Zəfər Qurbanovun qara kassası, sağ əli Bəşir Bağırzadəyəmi?"
DAVAMI MÜTLƏQ VAR...
Bütün iddia olunanlarla bağlı dia.az olaraq adı keçən hır kıəsin mövqeyini işıqlandırmağa hazırıq...