2 övladı da qazi olan atanın harayı - Bu nədir belə?
24-04-2023, 00:08
Teref.az yazır ki, sosial şəbəkə istifadəçisi Orxan Baxış öz sosial şəbəkə səhifəsində 2 oğlunu müharibəyə göndərmiş atanın harayını paylaşıb.
İki oğlunu imkanı olsa belə müharibədən saxlamayaraq döyüşə göndərən ata məmur biganəliyindən və yekəbaşlığından yazır. Yazının nöqtə və vergülünə əl dəymədən oxuculara təqdim edirik:
Zəhmət olmasa yazını səbirlə sonacan oxuyun.
2 dəqiqə vaxt ayırıb bunu oxuyasınız ...
"Öz əlimlə 2 oğlumu məhf etdim.....
Birinci oğlum Elvar Şahverənli.Birinci Qarabağ müharibəsi iştirakçısı.
İkinci oğlum Şamxal Şahverənli. Vətən müharbəsi iştirakçısl.Müharibə veteranı.Bir neçə medal sahibi.....
Hər ikisi işsiz.
Hər ikisi heç olmaya psixoloji müayinəyə möhtac.Hər ikisi lori dildə desək yarımçıq...
Birinci oğlum Elvar Şahverənlinin səngərlərdə böyrkləri çürüdü.Öz hesabıma 2 dəfə əməliyyat olundu.
İkinci oğlum Şamxal Şahverənli bir neçə rayonlarımızın alınmaslnda fəal iştirakçı.Bir çox orden və medallar sahibi....Ağır psixoloji duruma düşdü.5 ay Türkiyədı şəxsi hesabıma müalicə etdirdim
Mən hər iki oğlumu xidmətdən yaylndlra bilərdin Buna güclü imkanım var idi.Saxta bilet və sair.
Məni məhf edən güclü vətənpərvər olmam oldu.Hər şeyim vətınə qurban dedim.
Mən vətənə 2 igid əskər verdim
Vətənsə mənə 2 yarımçıq can....
Əzizlərim məni əsəb edən bilirsizmi nədir?
Məmur alçaqlıqlarl.....
Bu yaxınlarda 2 ci oğlum Şamxal Şahverənlinin işlə təmin olunması barədə Prezidentə məktub ünvanladıq.Məktubumuzu Məşğulluq İdarəsinin Lənkəran Astara regional idarəsinə göndərdilər.Oglumla bərabər Lənkəran Şəhərində bu başsız Məşğulluq idarəsinin rəisinin qəbulunda olduq.Məşğulluq idarəsinin rəisi köntpv bir şəxs idi . Söhbət əsnasında bilirsiz oğluma nə dedi....Cəhənnəmki Qarabağ veteranısan mənum işim var sizə verəm
Əvvala görəsən bizim zonada bir kiçi tapılmadıki bu gəlmə bu işə tıyin olundu.
Sonradan öyrəndumki bu əndirbazi bir nazirin qohumudur.Odur çıxarkən bu məmura belə dedim " sizdə suç yox,arxalı köpəy hürəyən olar " Yolumuzu saldıq Yardımlı rayon məşqulluq idarəsinə.Çünki oğlum Yardımlı uçotunda idi.
Oradada cavabımız qısa və konkret oldu.
Oğluma dedilərki sən hələ evlənməmisən,ailəli deyilsən biz səni məşqulluqa ala bilmərik.....
Mən bir reallığdan yazdım.istər inanın istər inanmayın.
Mənim oğlanlarımın suçusa məmur övladı kimi dünyaya gəlməmələri idi. Nurlan Mingecevirli"
Teref.az olaraq aidiyyətli orqanların reaksiyasını gözləyiri!
Teref.az