`Mothercare`də ENDİRİM FIRILDAĞI... - Vətəndaş ÇARƏSİZ DURUMDA
24-04-2023, 09:23
"Şhikayətim "Mothercare" mağazalar şəbəkəsindəndir". DİA.AZ bildirir ki, bu barədə "Şikayətim Var" sosial qrupundakı paylaşımında Məlahət adlı istifadəçi giley edir.
Daha sonra narazı vətəndaş yazır: "Bu cür qiymət problemi yaşadım... Məhsulun üzərindəki qiymətə arxayın olmuşam və kartla ödəniş etmişəm.
Evdə baxıb görürəm ki, bu cür aldanmışam.
6 manatımı tələb etdim və əlbəttə ki, vermədilər... Mən də bu şəkildə aldadılmağımı qəbul etmək istəmirəm. Ödənişimin geri qaytrarılmasını istəyirəm. Buna istehlakçıların hüquqlarının müdafiəsi ilə bağlı qaynar xəttdən köməklik edə bilərlərmi?"
Məsələ ilə bağlı dia.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...