Bədən Tərbiyyəsi Akademiyasının 20-yə yaxın tələbəsinin dövlət büdcəsinə 3 milyona yaxın vergi borcu var.- Rektorun və ATEF-in direktoru Talıb Əlixanbəyovun bu məsələyə nə dəxli?
25-04-2023, 10:04
Adətən müəllim şagirdə, dekan, rektor tələbəyə ölkənin gələcəyi kimi baxar. Təəssüf ki, son illər təhsil sahəsində baş verən ciddi tənəzzül ciddi fəsadlara yol açıb. Və nəticədə bəzi müəllimlər şagirdlərə, bəzi dekan və rektorlar tələbələrə “pul dağarcığı” kimi baxırlar. Hətta bundan uzağa gedən rektorlar da var. Ki, tələbəyə sanki mis, alminium, latun, qara metal kimi baxır. Bəli, təəccüblənməyin.
Haqqında bəhs edəcəyimiz Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının rektoru Fuad Hacıyev belə rektorlardandır. Fuad Hacıyevin keçmişi ilə bağlı onu qeyd edək ki, o, Odessa YEYİNTİ Sənayesi Texnologiyası İnstitutunu bitirib. “Mühəndis-texnoloq” olan Fuad Hacıyev bir müddət Gömrük Komitəsində çalışıb...
Onun idman aləminə gəlişi, sabiq, mərhum İdman və gənclər naziri Azad Rəhimovun vaxtında olub. Belə ki, Azad Rəhimov tikinti işləri ilə bağlı nə qədər bahalı layihələr varsa, dostu Fuad Hacıyevə verirmiş. Və beləcə dostlar milyonlar qazanıblar, dövlətə vergi ödəməyiblər.
Hətta məlumata görə, Fuad Hacıyevin 60 milyon yeyintiyə, mənimsəməyə yol verdiyi də bildirilir. Təsəvvür edirsiniz, ixtisasca yeyinti texnoloqu olan adam Bədən Tərbiyəsi və İdman Akademiyasının rektoru olur. Bu adam ömründə 1 saat dərs keçməyib, bu necə ali məktəbin rektoru ola bilər..?
Hətta məlumata görə, Fuad Hacıyev təzəlikcə özünə 1 milyona avtomobil və bahalı villa alıb. Görəsən, bunları Fuad Hacıyev hansı pullarla əldə edib..?
İndi gəlin görək, Fuad Hacıyevin biznes şəriki olan ATEF-in direktoru Talıb Əlixanbəyov kimdir ? Talıb Əlixanbəyov YAP-ın Suraxanı rayon təşkilatının İdarə Hüyətinin üzvüdür. Oğlu Azər Əlixanbəyov Kinqboks federasiyasının vitse-prezidentidir.
Bəli, bu iki dost, yəni İdman Akademiyasının rektoru Fuad Hacyev və ATEF-in direktoru Talıb Əlixanbəyov tələbələri öz qanunsuz əməllərinin sanki girovuna çeviriblər. Belə ki, akademiyanın 20-dən artıq tələbəsini saxta mis alverinə qoşublar və sonradan həmin tələbələrin adına külli miqdarda, 1 milyon 200 mindən artıq vergi borcu gəlib.
Sözün qısası rektorla direktor tələbələri sanki Vergilər Nazirliyinə girov qoyublar. Artıq məsələnin üstü açılıb və Suraxanı rayon məhkəməsi işi araşdırır. Yəqin ki, İdman Akademiyasının mis alverçisi olan rektoru Fuad Hacıyevlə ATEF-in direktoru Talıb Əlixanbəyovun həbsi qaçılmaz olacaq.
Bəs görəsən, Azərbaycan Respublikasının Elm və Təhsil naziri Emin Əmrullayev bu iş haqqında nə fikirləşir? Bu biabırçılığın araşdırılmasına hansı prizmadan baxsaq kütləvi həbslər görünər.
Baxın, Akademiyada təhsil alan tələbənin adına külli miqdarda vergi borcu gəlir. Heç bir tərəzi görməyən, heç bir şirkət tanımayan, misi, latunu və başqa qiymətli metalları biri-birindən ayıra bilməyən bir tələbənin adı 190 000 vergi borcu ilə tanınır.
Bəli, bu gün bütün dünya tələbələri ali təhsilli, elmli, tərbiyə olunmuş, hər cəhətdən dürüst, ağ vərəq kimi cəmiyyətə təqdim edirlər. Biz də isə bu gün Bədən Tərbiyyəsi Akademiyasında rektor Fuad Hacıyevin biznesinin ucbatından 20-yə yaxın tələbənin, dövlət büdcəsinə 3 milyona yaxın vergi borcu var. Tələbə bilmir ki, onun şəxsiyyət vəsiqəsini kim oğurlayıb, kim onu vergi ödəyicisi edib.
Bəli, bu məsələnin ölkə başçısı səviyyəsində müzakirə olunması çox vacibdir. Necə ola bilər ki, bu iş Hüquq Mühafizə Orqanlarında araşdırıla, rektor həbs olunmaya.
Mövzunu diqqətdə saxlayacağıq.
gundelik baki.com
Teref.az olaraq məqalədə qaldırılan iddialarla bağlı bütün maraqlı tərəflərin mövqeyini dərc etməyə hazırıq!