ŞƏMKİRDƏ TAXIL ƏKİNLƏRİ SUSUZLUQDAN MƏHV OLAN FERMERLƏR NÖVBƏTi DƏFƏ ETİRAZA QALXDILAR — VİDEO

26-04-2023, 10:39           
ŞƏMKİRDƏ TAXIL ƏKİNLƏRİ SUSUZLUQDAN MƏHV OLAN FERMERLƏR NÖVBƏTi DƏFƏ ETİRAZA QALXDILAR — VİDEO
Şəmkirin hektarlarla yanıb kül olan taxil sahələri hec kimin vecinə deyil. Rayonun Çinarlı qəsəbəsinin ərazisində olan 500 hektardan artıq ərazi ötən ilin sentyabr ayından taxıl səpini həyata kecirilsə də, hələ də suvarılmayıb.

Nə rayon Suvarma Sistemləri İdarəsi, nə də rayon İcra Hakimiyyəti fermerlərin məhv olan təsərüfatının marağında deyil, nəticədə ölkəmiz yenə də taxıla olan təlabatını qonşu dövlətlərdən valyuta verərək idaxal hesabına odəyəcək. Ölkə başçısı strateji məhsil sayılan taxılcılığa geniş yer verməyin vacibliyi barədə tövsiyələr verir, sahənin inkişafına, xaricdən asılılığın azaldılmasına yönəlik fərmanlar imzalayır. Bununla belə, sahibkarlar taxıl sahələrini suvara bilmirlər. Suvarma təsərrüfatına cavabdeh olan idarə rəislərini iş başında tapmaq olmur nə vaxt gedirsən, “icra hakimiyyətindədir, iclasdadır” deyib, yola verirlər. Beləcə, bu minvalla yazı yaya, yayı da payıza dəyişib, ili başa vururlar. Belə olan halda fermer gələn ili torpaqlarını quru şum saxlayacaq.

Su çatışmazlığına görə şəmkirli fermerlər etiraza qalxıblar. Etirazçılardan Zeynalzadə Məhəmməd Əliəşrəf oğlu deyir ki, hələ ötən ilin sentyabr ayının 22-də 152 ha sahədə yüksək səviyyədə torpaq analizləri verilərək taxıl əkiblər. Yerlər sığortalanıb, bütün sənədləri var. Bizi arxayın etdilər ki, əkin, sizə su veriləcək. Artıq aprelin 11-dir, bir dəfə də olsun su verilməyib. Susuzluqdan məhsul yanıb zay olub. Hara müraciət edirik, səsimizə səs verən yoxdur.

Həmçinin bildirilir ki, Şəmkir SSİ rəhbərliyi soğan əkənlərin hərəsindən 500 manat alıb taxılçıların suyunu onlara verir. Yeri gəlmişkən xatırladaq ki, əvvəllər bu müstəvidə yaranan etirazları, mübahisələri, qanunsuzluqların səbəbini yerli sudan istifadə edənlər birliklərinin üzərinə atmaq cəhdləri olub. Məsələn, 70 min manat maxinasiyalarda adı hallanan keçmiş baş mühəndis Bakir Allahyarov işdən azad olunaraq, iz azdırılmağa çalışılıb. Lakin Bakir müəllim öz yerinə oğlunu təyin etdirməıklə, yenə də işləri özü görməkdə davam edir.

Son məlumata görə, Şəmkir Suvarma Sistemləri İdarəsinin rəisi indi də tutduğu vəzifədən azad olunaraq Kürdəmir Suvarma Sistemləri İdarəsinə rəis göndərilir. Demək, indi də Kürdəmir sahələrini viran qoyacaq.

Mövzuya qayıdacağıq.

Deryaz.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.