MİKAYIL CABBAROV SAXTA DİPLOMLU “SİNİF YOLDAŞI”NI VƏZİFƏYƏ NECƏ TƏYİN EDİB?

28-04-2023, 00:02           
MİKAYIL CABBAROV SAXTA DİPLOMLU “SİNİF YOLDAŞI”NI VƏZİFƏYƏ NECƏ TƏYİN EDİB?
11 saylı Ərazi Vergilər Baş İdarəsinin rəisi Vüsal Məmmədovla bağlı şok faktlar

Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında 11 saylı Ərazi Vergilər Baş İdarəsinin rəisi Vüsal Məmmədovla bağlı Hurriyyet.az saytının redaksiyasına şok faktlar daxil olub.

Belə ki, Gəncədə İqtisadiyyat naziri Mikayıl Cabbarovun “tələbə yoldaşı” kimi tanınan V.Məmmədovun diplomunun saxta olduğu iddia edilir.

Öncə onu bildirək ki, Vüsal Məmmədov əvvəllər Gəncədə və ətraf rayonlarda “Nuts”, “Snickers”, “Baunti” və s. növ şokoladların topdan satışı ilə məşğul olub. Yəni bu məhsulların istehsalı ilə məşğul olan şirkətlərin rəsmi distributoru və ekspeditoru olub. Sonradan isə Gəncədə “Hyundau” maşınlarının satışı ilə məşğul olub.

Məlumata görə, Mikayıl Cabbarov təhsil naziri olan zaman V.Məmmədov Gəncədə peşə liseyinə direktor təyin edilib. Bununla belə, onun Azərbaycanın heç bir ali məktəbində təhsil almadığı, saxta yollarla Dağıstan universitetinin diplomunu əldə etdiyi bilidirilir. Yəni guya orada təhsil alıb.

Mənbə deyir ki, Gəncədə hamıya Mikayıl Cabbarovun “sinif yoldaşı”, “tələbə yoldaşı” kimi təqdim olunan Vüsal Məmmədovun "krışası", əslində, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəisi Mətin Eynullayevdir.

“Əgər Vüsal Məmmədov Mikayıl Cabbarovla sinif yoldaşıdırsa, o zaman necə olub ki, biri Bakıda, digəri Gəncədə oxuyub? Onlar həqiqətən də tələbə yoldaşıdırsa, demək, Mikayıl Cabbarov da Dağıstan universitetlərindən birinin diplomunu alıb”, - deyə mənbə haqlı olara sual edir.

O da qeyd olunur ki, V.Məmmədov Gəncədə peşə liseyinin direktoru vəzifəsindən sonra Təhsil İdarəsinin 8 saylı Regional Hesablaşma Mərkəzinin rəhbərliyində çalışıb. Halbuki, onun mühasibatlıqdan anlayışı olmayıb. Bu baxımdan, hələ də çoxları bu suala cavab tapa bilmir ki, Mikayıl Cabbarov təhsil naziri olduğu zaman Dağıstan diplomlarının tanınmaması ilə bağlı göstəriş verdiyi halda, öz əmrini necə pozaraq Vüsal Məmmədovu vəzifəyə təyin edib?!

Mənbə qeyd edir ki, V.Məmmədov sonradan guya Gəncə Dövlət Univetsitetində “ikinci təhsil” alıb və hansısa yollarla bu təhsil ocağının diplomunu əldə etdikdən sonra Vergilər İdarəsinə rəhbər vəzifəyə keçib. Bu sahədə heç bir savadı olmasa da, o, hazırda da 11 saylı Ərazi Vergilər Baş İdarəsinin rəisi işləyir./Hurriyyet.az/

Teref.az olaraq məqalədə qaldırılan iddialarla bağlı qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.