İbrahim Mustafayev 3 ildə elə TALADI Kİ... - "İcra başçısı olmağın avantajı budur..."
29-04-2023, 09:38
"İcra başçısı olmaq bilirsiniz nədir? Həmin rayonu çapıb-talamaq, rayon hesabına milyonçu olmaqdır". DİA.AZ bildirir ki, bu açıqlama ilə jurnalist Zaur Qənbərov çıxış edib.
"Uzun illər özü, atası, qardaşı dövlət işində işləyən İbrahim Mustafayev tək icra başçılığı dönəmində maddi imkanında bumeranq baş verdi" deyən jurnaıist daha sonra yazır:
"İbrahim Mustafayev Gədəbəyin başçısı olmamışdan öncə uzun illər Prezident Aparatında işləmişdi.
- atası Ənvər Mustafayev pensiyaya çıxana kimi Xəzər rayonu Sabir Rüstəm adına xarici dillər təmayüllü gimnaziyasında ditektor olub.
- qardaşı İsgəndərzadə(el arasında İsgəndər) Mustafayev Nazirlər Kabinetində Əli Əhmədovun köməkçisidir.
- İsgəndərzadə Mustafayevin xanımı Xəzər rayonunda 123 nömrəli məktəbin ditektorudur və s.
Mustafayevlər bu qədər vəzifədə olsa da, illər ərzində tək Göygöl rayonunda bir ədəd ailəvi istirahət restoranı əldə edə bilmişdilər.
İbrahim Mustafayevin 2018-2021-ci illərdə Gədəbəyin başçısı olmaqla, məmur-biznesmen oldu. Onun Gədəbəydə iki qara kassiri olub: bibisi oğlu Taleh Məmmədov və yaxın dostu Əkbər Kazımov.
3 ildə İbrahim Mustafayev dəyəri 10 milyona yaxın iki villa tikdi.
- Göygölün Topalhəsənli kəndində bir villa tikdirdi. Bura həftə sonları istirahət üçün nəzərdə tutulmuşdu.
- Xəzər rayonu Zuğulba(Zağulba) qəsəbəsində Daxili İşlər Nazirliyinin sanatoriyasının yaxınlığında da birini tikdirdi. Bu villa isə Bakıya gəldiyi zaman yaşaması üçün nəzərdə tutulmuşdu.
Əlavə restoranlar, sexlər, şirkətlər də öz yerində. İcra başçısı olmağın avantajı budur..."
İddia olunanlarla bağlı dia.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...