Türkiyədəki mənzillərin tikintisi niyə qalmaqallı agentliyə həvalə olundu?

3-05-2023, 08:32           
Türkiyədəki mənzillərin tikintisi niyə qalmaqallı agentliyə həvalə olundu?
Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) Türkiyənin Kahramanmaraş bölgəsində zəlzələdən zərərçəkənlər üçün mənzillər inşa edəcək. Qeyd edək ki, “Azərbaycan” adlı qəsəbədə 1000 mənzil və sosial binalardan ibarət tikililər olacaq.
Azərbaycan Respublikasının adından inşa olunacaq qəsəbənin salınmasının fəaliyyətində korrupsiya izi olan və bir çox qalmaqallarda adı keçən MİDA-ya həvalə olunması isə təəccübə səbəb olub.
Buna səbəb isə MİDA tərəfindən inşa olunan binaların keyfiyyətsiz olmasıdır.
Elə MİDA -nın Yasamal rayonu ərazisində inşa etdiyi sosial evlərlərdə ciddi infrastruktur problemləri çıxıb.
Sakinlərin sözlərinə görə, binadakı əksər mənzillərdə elektrik xətləri sıradan çıxıb. Nəticədə aylıq kredit ödəyən sakinlər əlavə yük altına girərək, mənzillərinin elektrik xətlərini yenikləyib.
Bu isə həmin mənzillərdə əlavə işlərə səbəb olub.
İddialarda o da bildirilir ki, MİDA rəhbəri Sadıq Sadıqovun təkcə yaşayış kompeksində liftlərin alınması üçün külli miqdarda vəsaiti talan etdiyi bildirilir.
Onun şübhəli tender əməliyyatları ilə bağlı iddialar da çoxluq təşkil edir.
MİDA ilə bağlı ən böyük qalmaqal isə sosial mənzillərin satışı zamanı ortaya çıxıb. Belə ki, MİDA-nın mənzil satışı prosesinə müdaxiləsi aşkarlanıb.
Bu işlə bağlı hələ də DTX-da istintaq davam edir.
Sadıq Sadıqovun Azərbaycan adına Türkiyədə həyata keçirəcək layihəni nə dərəcədə uğurlu davam etdirəcəyini isə zaman göstərəcək.
Gununsesi.info












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.