Dövlət qoruğunda təbiəti məhv edirlər - Buna son qoyulacaq? - VİDEO

3-05-2023, 10:28           
Dövlət qoruğunda təbiəti məhv edirlər -
Göyçay rayon Şahsoltanlı kənd sakini Zülfiqarov Qüdrət Əlisan oğlu Prezidentə müraciət ünvanlayıb.
Bir surətidə Teref-az-ın poçtuna daxil olmuş müraciətdə vətəndaş Prezidentə yazır:
Göyçay rayon Şahsoltanlı kənd sakini Zülfiqarov Qüdrət Əlisan oğlu tərəfindən

Açıq Müraciət:

Hörmətli cənab Prezident Mən Göyçay rayon Şahsoltanlı kənd sakini Zülfiqarov Qüdrət Əlisan oğlu.Özümə məxsus fermer təsərrüfatım var və heyvandarlıqla məşğul olaraq bir neçə ailəni işlə təmin edirəm.Mənə məxsus heyvanları hər il yay aylarında bizim ərazi quraqlıq olduğu üçün İsmayılll rayonu Şahdağ Milli qoruğuna yaxın ərazidə yerləşən rəsmi çıxarışla mənə məxsus olan yay otlaq sahələrinə aparıram.Həmin ərazidə qonşum isə saxta və kötüyü olmayan sənədlərlə yaylaq ərazisi əldə edən isə Göyçay rayonu Qarayazı kənd sakini Ağayev Ərziman Zeynal oğludur.Ərziman Ağayev hər il orada olan və adları qırmızı kitaba düşmüş müxtəlif növ ağacları kəsərək təbiətə külli miqdarda maddi zərər vurmaqla yanaşı təbiəti məhv edir.Hər il Ərziman Zeynal oğlu Ağayev vaxtilə torpaq şöbəsində işləyən həmkəndlisi Nofəl Fərzəliyevdən qanunsuz yollarla bazada qeydiyyatda olmayan saxta müqavilə əsasında həmin yay otlaq sahəsinə getmək üçün yol xəritəsi alır.Bu isə tamamilə qanunsuzdur. Mənim buna dair sübutlarım vardır.Hər il onun yaylaq ərazisində təbiətə vurduğu zərərə görə mən müxtəlif problemlər yaşayıram.
Keçən il isə Şahdağ milli qoruğuna məxsus bir baş ceyranda oğlu Əhliman Ağayev tüfənglə atıb öldürmüşdür.

Cənab Prezident onun Şahdağ Milli qoruğuna və təbiətə vurduğu zərərləri nəzərə alıb Ərziman Ağayevin müqaviləsinin ləğv edilməsi məqsədə müvafiqdir.Bu səlahiyətlər isə Ekalogiya Nazirliyinin və rayon icra hakimiyyətinin səlahiyyətləri daxilindədir.Onun təbiəti necə məhv etdiyini sübut edən görüntüləri video sübut olaraq təqdim edirəm.













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.