Xətai rayonunda ağacların məhv edilməsi üçün “KREATİV ÜSUL” - FOTO

26-05-2023, 08:24           
Xətai rayonunda ağacların məhv edilməsi üçün “KREATİV ÜSUL” - FOTO
Paytaxtın Xətai rayonunda ağacların kütləvi məhv edilməsi prosesi davam edir. Demək olar ki, rayon ərazisində hər gün bir ekoterror hadisəsinə şahidlik etmək məcburiyyətində qalırıq.

Bizim.media xəbər verir ki, yaşıllıqların və ağacların məhv edilməsində işbazlar son vaxtlar "innovativ” üsula əl atırlar. Bu innovasiyanın "özəlliyi” ondan ibarətdir ki, qocaman ağaclar bir gecədə məhv edilmir. Ağaclar "əzablı ölümə” məhkum olunur.

Belə ki, 30-40 illik ağaclar daş tikilinin altına salınır. Beləcə, ağacların suvarılmasının, aqrotexniki qulluğun göstərilməsinin və ən əsası havalanmasının qarşısı alınır. Nəticədə, qocaman ağaclar işbazlar tərəfindən yeni metodlarla məhv edilir.

Bu metoddan istifadə edən işbazlar bu dəfə Əhmədli massivində Məzahir Rüstəmov küçəsində, 7 saylı poliklinikanın yaxınlığında ticarət şəbəkəsini genişləndirərək ən azı 3 qocaman ağacın "ölüm hökmü”nü veriblər.

Faktla bağlı aidiyyəti qurumlara müraciət edilib.

Lakin Xətai rayonunda son zamanlar tendensiya halını alan durumla bağlı daha əvvəl də məsələ qaldırmışdıq. Buna rəğmən, hələ də lazımi tədbirlər görülməyib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.