Muxtar Babayevin diqqətinə: Dövlət meşə fondu torpaqları qazılıb daşınır - Buda fotofaktlaq QALEREYASI

14-08-2023, 00:05           
Muxtar Babayevin diqqətinə:
“Masallıda dövlət meşə fondu torpaqları qazılıb daşınır. Yerli ekologiya işçiləri isə buna göz yumur. Deyillər ki, guya onun 2025-ci ilə kimi Xammal Ehtiyyatları Agentliyindən icazəsi olduğu üçün bunu edə bilər. Halbuki, qazılan yerlərin əksəriyyəti dövlət meşə fondu torpağıdır və buna görə orada heç bir halda qazıntı aparıla bilməz”.

Aztoday.az xəbər verir ki, bu barədə “Ecofront” məlumat yayıb.

Məlumatda bildirilir ki, qazıntı işləri aparılan yerlər Masallıda “İsti Su” adlanan ərazidə olan Viləş çay yatağı ilə həmsərhəd olan meşə torpaqlarıdır. Qazıntı zamanı ərazidə mövcud olan təbii bərpa belə buldozerin bıçağının ağzına verilərək məhv edilib.

Qeyd edək ki, 11 saylı Regional Meşə Təsərrüfatı Mərkəzinin xidməti ərazisində tez-tez bu cür hallar yaşanır. Meşə ərazilərinin fərdi ev və obyekt tikmək üçün satılması ilə bağlı kifayət qədər faktlar var…

Qazıntı işlərinin görüntülərini təqdim edirik:




















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru