Tovuz DYP rəisi işdən çıxarılması barədə məlumatı təkzib etdi

28-07-2016, 11:05           

Tovuz rayon Dövlət Yol Polisi şöbəsinin rəisi Misir Quliyev vəzifəsindən azad edilməsilə bağlı yayılan məlumatlara aydınlıq gətirib.

teref.az xəbər verir ki, M.Quliyev Trend-ə açıqlamasında bildirib ki, yayılan məlumatlar həqiqəti əks etdirmir və o hazırda həmin vəzifədə xidmətini davam etdirir:

“Mən də bu barədə məlumat aldım və Daxili İşlər Nazirliyi ilə əlaqə saxladım. Nazirlikdən bildirdilər ki, bu barədə nazirin heç bir əmri yoxdur. Məlumatı kimin yaydığını bilmirəm. Biz xidmətçiyik, cənab nazir təyin edib, məsləhət biləndə vəzifədən azad edə bilər. Amma onu deyə bilərəm ki, hələlik bu barədə mənə heç bir göstəriş verilməyib”.

Xatırladaq ki, bu gün Tovuz rayon Dövlət Yol Polisi şöbəsinin rəisi M.Quliyevin vəzifəsindən azad edilməsi barədə məlumatlar yayılıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru